~1🌊

118 23 38
                                    

Öncəliklə xoş gəlmisiniz.
Bilməyinizi istəyirəm ki, bu texting digərləri kimi üzünüzü güldürmək üçün yazılmayıb. Ağlayaraq yazdığım sətirlərdən fərqli bir dünya yaratmışam. Bu dünyaya keçid etməzdən əvvəl başlama tarixinizi yazmağınızı xahiş edirəm. 🌊

Dəniz: Sevgilim..

Dəniz: Heç unutmuram xoş səsinlə, mənə dediyin son sözlərini.

"Sən dənizə çıxan yollar kimisən mənsə yolunu itirmiş biri. Amma sən canını sıxma. Əlbət bir gün, mavi dalğaların qumları yuduğu sahildə görüşəcəyik...Mən də bir gün qovuşacağam Dənizimə."

Dəniz: Amma olmadı, sevgilim.

Dəniz: Bu hekayədə Dəniz qovuşa bilmədi Sahilinə.

Dəniz: Bu hekayədə Sahil boğuldu Dənizin sularında.

Dəniz: Dalğalar eşqimizin cəlladı oldu.

Dəniz: Hicranın oxu qəlbimizdən vurdu bizi...

Dəniz: 2015ci ildə dənizdə çıxan yanğın təkcə səni dəyil, məni də yandırdı.

Dəniz: Qəlbimə heç sönməyən atəş düşdü o gün..

Dəniz: Sahilə çatmaq üçün çırpınan dənizin dalğalarıtək can atırdım səninlə qovuşacağımız günə.

Dəniz: Amma qovuşmaq yaşanılması imkansız olan bir xəyala çevrilib artıq.

Dəniz: Əsl sevənlər qovuşmur deyirdilər, inanmazdım.

Dəniz: Kaş heç sevməsəydin məni.

Dəniz: Bəlkə onda indiki kimi canım yanmazdı.

Dəniz: Amma sən, hər şeyə rəğmən gözəl sevdin məni.

Dəniz: Ruhumu sevdiyini mənə dediyin incə sözlərlərlə həmişə hiss etdirmişdin.

"Səni sevdikdən sonra anlam qazandı mavi dənizlər."

Dəniz: Sən gedəndən sonra nifrət etdim dənizlərə, nifrət etdim özümə.

"Sən dənizə çıxan yollar kimisən mənsə yolunu itirmiş biri.

Dəniz: Rollar dəyişdi, sevgilim.

Dəniz: Sənin yolun dənizə çıxdı, mənimsə yolum qeyb oldu.

Dəniz: Mən indi sənsiz viranə olmuşam..

Dəniz: Söylə, sevgilim.

Dəniz: Sahildə sən olmadıqdan sonra, dənizə çıxan yollar nəyimə gərəkdir?

~ 🌊 ~


Vote verməyi unutmayın.

Hüzula qalın.

Dənizə çıxan yollar | TextingWhere stories live. Discover now