Bölüm 1 - Səni Öpüm?

1.4K 86 6
                                    

Sev"m"irəm!

proloq:

Yasəmən Əlizadə ailəsinin tək qızı idi. 10 il övlad həsrəti çəkən ailənin üzünü güldürmüşdü amma o 2 yaşında olanda qorxunc bir həqiqət üzə çıxdı: həkimlərin səhvi nəticəsində əsla yeriyə bilməyəcəkdi! Yeganə övladlarının bədbəxtliyinə çox ağlasalarda onu xoşbəxt böyütmək üçün əllərindən gələni etdi ailəsi. İllər keçdi və böyüdü Yasəmən. Sanki talehin ondan aldıqlarının əvəzinə olduqca gözəl və ağıllı idi.

Lakin 18 yaşında gənc bir qız üçün çətindi əlil arabasına məhkum olmaq. Xüsusi ilə də 14 yaşından bəri yaraşıqlı bir oğlana-Aydına aşiqsə...

Bölüm 1 Sev"m"irem!

Yasəmən uşaqlıqdan adət etdiyi kimi bir kitab götürüb liftlə həyətə düşdü. Ən sevdiyi romanı-"Çalıquşu"nu vərəqlədikcə arada dostları ilə söhbət edən Aydına baxırdı. Aydın dostları ilə söhbət edərkən birdən üzünü çevirib Yasəmənə baxdı, Yasəmən tez utanıb gözlərini yerə dikdi. Gülüşmə səsləri eşidib başını qaldıranda Aydını qarşısında gördü:

-Niyə çox baxırsan mənə?

-Mən...mən..

Aydın əyilib utancından qıp-qırmızı olan Yasəmənin gözlərinin içinə baxaraq soruşdu:

-Bəlkə aşiq olmusan mənə?...

-Nə?..

Bəlkə də neçə illərdir gözlədiyi an gəlmişdi Yasəmənin. Həyacan, utancaqlıq ve sevgi qarışıq hisslərlə əlindəki kitaba baxaraq düşündü: "görəsən niyə belə edir axı? Bəlkə...bəlkə o da məni sevir...ilahi yəni bu doğurdan baş verir, yoxsa yenə bir xəyaldı?"

Bu düşüncələrlə başını qaldırıb Aydının gözlərinə baxdı. Sevgi görməyi ümid etdiyi gözlərdə gördüyü tək şey rişxənd və kinayə idi. Beyninə ildırım kimi çaxan fikirlə bayaqki gülüşlərin mənasını indi anladı-"demək tək istədiyin mənim kimi aciz qızla məzələnməkdir!"

Biraz əvvəl həyacandan əsərkən, indi tək hissetdiyi şey -qəzəb!

Bu an Aydın biraz əyilərək pıçıltıyla dedi:

-Bəlkə öpüm səni?...

Bu son cümlə Yasəmənin səbrini daşıran son damla oldu. Kədərli baxan gözlərində ani qığılcım yandı sanki və yüksəklə:

-Nə dedin?

Aydında səsini yüksəldərək:

-Dedim bəlkə öpüm səni?

-Doğurdan?

-Hə...

-Hmm... Təklifinə görə təşşəkkür, amma seçmə imkanım olsaydı sənin əvəzinə qurbağanı seçərdim. Ən azından ağ atlı şəhzadəyə çevrilmə ehtimalı səndən daha çoxdur. Həm əminəm ki, o səndən daha az ürək bulanmasına səbəb olardı!

Yenə gülüş səsləri eşidildi, amma bu səfər Yasəmənə yox, heç gözləmədiyi sözləri eşidərək şok olan Aydına gülürdü dostları.

"ilahi mən nələr dedim. Of Yasəmən, of. Gərək biraz daha yavaş deyeydim" deye düşündü Yasəmən artıq şokdan çıxıb, evəzinə getdikcə daha da əsəbi görünən Aydına baxaraq.

Aydın hələ də eşitdiklərinə inana bilmirdi. İndiyədək onu bele sındıran qız olmamışdı. Yasəməndən intiqam almaq üçün ele burda, hər kəsin gözü önündə onu öpmək keçdi ağlından...

Sev"M"irəm!Where stories live. Discover now