"Mənim analı dünyam"ın anası, axtardığım ən gözəl sözün sahibi, nə yaxşı ki, mənim anam sənsən. Buna görə özümü çox xoşbəxt sayıram. Çünki sənin sevginlə böyüyüb sənin sevginlə hər şeyi gözəl görmüşəm. Hər bir anımda ürəyim səninlə döyünüb, gözlərim dünyaya səninlə baxıb, dilimdə sənin sözün-söhbətin olub və bu zaman mən ölməz sevginin varlığına inanmışam. Mənim xoşniyyətli və gözəl anam, sənin haqqında düşündükcə xoşbəxt oluram. Gözlərimi belə səninlə yumub, səninlə açıram.Ölməz sevgimin sahibi anam, heç olmasa tanrım bunları mənə çox görməsin.Mən sənin sevginin dəlisiyəm,ana! Varlığımda yaşatdığım anam, mən səninçün, səni yaşatmaq üçün yaşayıram...