꧁⎝ 𓆩༺✧༻𓆪 ⎠꧂
Kamal Zeynallı'dan:
Hava həmişəki kimi çox isti idi. Evdən çölə çıxmaq belə mümkün deyildi. Nəinki çölə çıxmaq, nəfəs almaq belə olmurdu.
Hərkəs evdə idi. Yalnız yoldaşım isti olmasına baxmayaraq həyətdə xalça yuyurdu. Hər dəfə xalçaları servisin yumasını təklif edirdim. Lakin o bunu qəbul etmir, xalçaları özü yuyurdu.
Yoldaşım çox çalışqan, mehriban və təmizləyə önəm verən biridir. Evin hər bir işini bircə bircə özü edərdi. Evə onun üçün köməkçi gətizdirərdim. Lakin o bunu istəmir hər işi özü edərdi. Onun bu xasiyyətini çox sevirdim.
Birinci xalçanı yuyub evə çıxdı. Mən salonda oturub işlərimi həll edirdim. Oğlum Turan isə öz otağında nəsə edirdi.
Yoldaşım yanıma gəlib, qarşımdakı divanda əyləşib yorğunu aldı.
-Özünə niyə əziyyət verirsən axı?! Zəng edim servisə yusunda xalçaları.
-Yox, yox! Ehtiyac yoxdur! Mənə görə olar yaxşı yumur. Mən öz xalçalarımı özüm təmiz təmiz yumasam ürəyimdə xal qalar.
-Barı Nazlını çağır kömək etsin də sənə.
-Nazlı evdə yoxdur. Birdəki onun kömək etməsindənsə, etməməsi daha məqbuldur.
Bu dediklərinə güldüm.
-Bir az haqlısan. Bəs hardadı bu istidə?
-Bilmirəm ki. Deyəsən Dərya ilə salona gediblər.
Yaxşı adam sözünün üstünə gələr. Nazlı gəlmişdi. Əlindəki paltar salafanlarını divana qoyub oturdu.
-Saaalamm. Necəsiz?-dedi şən səslə.
-Yaxşıyıq. Hardan gəlirsən belə?!
-Dəroşla bir az alışveriş keyfi elədik. Ayyy ata bir isti idi bir isti... Çöldə nəfəs almaq belə olmurdu.
Əlini Yasəmənə göstərərək -Mami necədi dırnaqlarım? Bu dəfəki çox gözəldi həə?-dedi.
Yasəmən dırnaqlara baxıb gülümsədi.
-Həə qəşəng alınıb.
-Ayyy hələ sən Dəryanın dırnaqların görəydin, onunki də çox gözəl olmuşdu.
Yasəmən telefondan saata baxıb cəld ayağa durdu.
-Oyy gedim gec olmamış digər xalçanı da yuyum.
Nazlıda ayağa durdu.
-Məndə gedim çimib sərinləyim.
Nazlıya baxdım.
-Nazlı dur mamana kömək et.
Nazlı qaşlarını çatdı.
-Necə?!
-Dur mamana kömək et. Həm sərinləmiş də olarsan.
-Təəsüf ki dırnaqlarımı indi düzəltdirdim. Həm mama niyə xalçaları özü yuyur?! Servisə göndərsin onlar yusunda. Bu istidə niyə əziyyət çəkirki?
-İstəmir də servis yusun. Ged əynini dəyiş mamaya kömək et. Dur gözəl qızım, ağıllı qızım.
Anasına döndü.
-Mami mənim bu gün çoooooooxxxxxx işim var. Söz gələn səfər kömək edəcəm sənə.
Birdən arxandan gülmə səsi gəldi.
-Sən nə vaxt anama kömək etmisən ki, indi də edəsən?! Həmişə söz verirsən amma tutmursan TƏNBƏL!
Gələn Turan idi. Onun bu dediklərinə həm Yasəmən həmdə mən güldüm. Nazlı bizim gülməyimizi görüb qəzəbləndi.
-Mən tənbəl deyiləm! Tənbəl olsa idim, Vəkil olmazdım!
-Oda görəsən kimin sayəsindədir?!- dedi lağa qoyaraq.
-Kimin sayəsində olacaq?! Əlbəttəki özümün sayəsində!
-Bəlkə atamın sayəsindədi?- dedi yenə lağa qoyaraq.
-Xeyir! Özümün sayəsində oldu!
Bu söhbətin axrı davaya gedirdi. Ona görə onlara mane oldum.
-Yaxşı, bəsdirin uşaqlar.
Bu sözlərim Nazlının acığına gəlmiş olmalı idi ki, qaşlarını çatdı.
-Nə yaxşıyee ata?! Görmürsən məni əsəbləşdirir?!
Turan özünü müdafiə etdi.
-Əsəbləşdirmirəm! Doğruları deyirəm! Əgər o gün atam sənlə mərcə girməsəydi sən oxumayacaqdın! Heç bəlkə də mərci uduzmuşdun, atam müdaxilə edib!
Bəli Turan haqlı idi. Düz 6 il qabaq Nazlı ilə tənbəlliyinə görə mərcə girmişdik. Əgər Nazlı oxuyub universitetə qəbul olsa idi ona ən bahalı maşını alacaqdım. Yox əgər qəbul ola biməsə idi onda mənim şirkətimdə vəya başqa bir peşədə, ən aşağı vəzifədə işləyəcəkdi. Buna ofsiantlıq, qabyuyan, təmizlikçi və.s belə aid idi.
Bu şərti qoymaq çox yaxşı olmuşdu. Çünki Nazlı heç vaxt aşağı vəzifəyə özünü layiq görmürdü. Əgər mərcdə məğlub olsa idi, utancından yaşaya bilməzdi. Əlbəttəki işin böyüyü kiçiyi olmurdu. Lakin Nazlı bunu gözündə böyüdür, və həmişə:"Dost-tanış görsə biyabır olaram, camaat nə deyər?" və.s kimi şeylər deyərdi. Həmişə onu başa salırdım ki, 'kiçik bir işdə işləmək pis birşey deyil. Əksinə sən o pulu öz alın tərinlə, halalıqla qazanırsan. Məndə bu vəzifəyə gəlmək üçün o yollardan keçmişəm.' Lakin o, mən nə deyirsəm deyim qəbullanmırdı.
O, bu mərc sayəsində universitetə qəbul olmuşdu. Əlbəttəki mərc Universitetə qəbul olana kimi idi. Nazlı universitetə qəbul olduqdan sonra oxumaqda çətinlik çəkirdi. Və bu səbəbdən də bəzi imtahanlardan mənim adımdan istifadə edərək keçirdi. Əlbəttəki bu doğru birşey deyildi. Lakin o bu universitetə qəbul olmaq üçün istəməsə də çox əziyyət çəkmişdi və artıq gün keçdikcə öz oxuduğu ixtisasa nifrət etməyə başlamışdı. Ona görə də ona heçnə deyə bilmir, qəlbini qırmaq istəmirdim.
Nazlı yuxarı çıxmaq üçün pilləkənlərə yaxınlaşmışdı ki, ağlıma gələn fikirlə ona mane oldum.
-Nazlı dayan! Turan haqlıdır. Çox tənbəllik edirsən.
-Nə?! Mən tənbəllik etmirəm!
-Mərcə varsan?
Kinayə ilə güldü.
-Sübut üçün mərcə ehtiyac yoxdur!
Məndə onu qıcıqlandırmaq üçün güldüm.
-Aaa deməli uduzmaqdan qorxursan!
Qaşlarını çatdı.
-Xeyir! Qorxmuram!
-Onda mərcə girirsən?
Düşünmədən cavab verdi.
-Hə! Girirəm! Nəyindən mərcə giririk?
Onun bu cavabı verəcəyindən əmin idim.
-Əgər 6 ay ərzində özün tək başına yaşayıb,pul qazanıb, özün öz başının çarəsinə baxa bilsən ürəyin istəyən şeyi edəcəm! Yox əgər pul qazana bilməyib, özünə baxa bilməsən onda mənim istədiklərimi sən edəcəksən! Razısan?
Əlimi ona uzatdım.
Heç düşünmədən əlimi sıxdı.
-Razıyam!
Birdən nəsə düşünüb güldü.
-Pul qazanmağa nə varki?! O boyda vəkilliyi oxumuşam bəyəm pul qazana bilməyəcəm. İki boşanmaq məsələsində vəkillik edəcəm əlimdə min manat pul olacaq.
-Kim deyibki vəkilliklə pul qazanacaqsan?!
-Başqa harda işləyib pul qazanacam ki?!
Ona geyimini dəyişməsini dedim. O isə heçnə başa düşməyib yuxarı çıxdı.Özümdə tanış adama zəng edib ev tutdum. Bəli o 6 ay ərzində tək başına yaşayacaqdı...
***
Nazlı Zeynallı'dan:
Yuxarı çıxıb gözəl bir duş aldım. Sonra ağ qolu kısa, bir çiyin açıqda qalan bir köynək geyindim. Köynəyin qarın hissəsi açıq idi. Bu köynəyə uyğun cins mini şort geyindim. Saçımı da dağınıq toppuz edib aşağı düşdüm. Atam telefonda nəsə edirdi. Mənim gəldiyimi görüb telefonu söndürdü.
-Mən hazıram ata. Hara gedəcik?
-Gedəndə görərsən.
-Ozaman gedək?
-Gedək!
İkimizdə maşına minib yola çıxdıq. Bir neçə saat sonra bir küçəyə girdik. Küçə çox gözəl idi. Hər yer çiçəklərlə dolu idi. Küçədə irəllədikcə ürəyim açılırdı. Birdən maşın qəfil dayandı. Atamın maşından düşdüyünü görüb məndə maşından düşdüm. Ətrafıma baxanda topla oynayan uşaqları gördüm. Ürəyimdən onlarla oynamaq keçirdi lakin bura başqa bir şey üçün gəlmişdik. Və mən bura niyə gəldiyimiz bilmirdim. Ətrafıma birazda baxanda qarşımızda avto və xalça yuma yazılan yeri gördüm. Yanyana bitişik bir yer idi. Sağ tərəfdə Avto yuma yazılmışdı. Sol tərəfdə isə №1 Xalça Yuma.
Anlamayan baxışlarla atama baxdım.
-Gəldik?
Cavab vermədən mənə baxdı. Sonra qarşıda duran yerə addımlamağa başladı. Məni bura gətirməsinin səbəbinin düşündüyüm şey olmasından çox qorxurdum. Yerimdən tərpənmədim. Atam dönüb mənə baxdı.
-Nə durmusan?! Gəldə.
Üzündə böyük bir təbəssüm var idi. Onun ardınca getməyə başladım.
Avto və xalça yuma servisinə girdik. Arxa tərəfdə bir oğlan var idi. Əlində su şlankı ilə xalçanın köpüyünü yuyurdu. Əynində cins tulum var idi. Tulumun altından ağ qolu kısa köynək geyinmişdi. Köynək onun əzələlərini göstərəcək qədər dar idi. Üzü görünmürdü. Qəribə idi. Qəribə olan o idi ki, xalça yuyan birinin necə belə əzələləri ola bilirdi?
Mən ətrafı analiz edərkən atam araxa tərəfə - həmin oğlanın yanına tərəf getdi. Məndə atamın ardıyca getdim. Arxa tərəf çox geniş idi. Yer bütöv betondan idi. Yan tərəfdə xalçalar qurumağa asılmışdı. Oğlan atamı görüb gülümsədi. Əlindəki su şlankını xalçanın üzərinə atıb atama tərəf addımladı. Əlini uzadıb onunla əl görüşdü.
-Salam Kamal əmi. Xoş gəlmisən. Necəsən?
-Salam Salam. Şükür yaxşıyıq sən necəsən? Atan necədi?
-Yaxşıyıq, yaxşı. Nə əcəb buralara gəlmisən ay əmi?
-Heç işim var sənlə.
-Buyur əmi! Qulluğundayam.
-Oğlum bu mənim tənbəl qızım Nazlıdır.
-Həə atamın dilindən düşməyən qız.
Mənə baxıb başdan ayağa məni süzdü.
-Deməli atamın dilindən düşməyən qız sənsən.
Atam mehribancasına güldü. Oğlan atama baxıb danışdı.
-Həə əmi nə olmuşdu? Mənlə işin nədi?
-Oğlum Nazlının sənin yanında köməkçi olaraq işləməsini istyirəm. Akif demişdi ki, sən şirkətə görə özünə köməkçi axtarırsan. Məndə qərara gəldim ki Nazlı sənin yanında işləsin.
Atamın bu dediklərini eşidəndə sanki başımdan aşağı qaynar su tökmüşdülər. Böyük bir şok içində dilləndim.
-Nəə?!
Oğlan atamın dedikləri ilə qəhqəhə çəkdi.
-Kamal əmi mənə görə bir problem yoxdur. Ancaq sənin qızın mənim dediklərimi edə biləcək?
Atam gülərək mənə baxdı.
-Həə, həə! Mənim qızım hər işi bacarır. Nə desən edəcək!
-Yaxşı Kamal əmi. Sabahdan işə başlayar.
Mən yaşananların şokunu üstümdən ata biləmdən gözümün qabağında əl sıxışdılar. Təəccüblə atama baxdım.
-Ata nə işi? Nə sabahı??? Zarafat edirsənsə bu heç gülməli deyil!
-Yox qızım nə zarafatı?! Sabahdan işləyəcəksən.
Atamın bu fikrini inkar etdim.
-Yox,yox ata, mən işləyə bilmərəm!
-Onda mərci uduzmuş olursan və istədiyimi edirsən.
Oturub ağlamaq istəyirdim. Necə bir işə düşdüm axı?!
Yelkənləri məcbur endirib atamın dediklərinə qəbullandım.
-Yaxşı! İşləyəcəm! Amma unutma ata mən heç vaxt məğlub olmuram. Bundada qalib olacam və sən mənim istədiyim hərşeyi edəcəksən!
Atam bu iddalı sözlərimə güldü.
-Görəcük!
Atamla servisdən ayrılıb evə gəldik. Otağıma çıxacaqdım ki atam məni dayandırdı.
-İndidən veşvüşünü yaxşıca yığki, sabah yeni işinə gecikməyəsən.
-Niyə veşvüşümü yığmalıyam ki?
-Öz evində nə geyinməyi planlayırsanki?
Birinci şokumu bitirmədən ikinci şokum gəlmişdi. Qaşlarımı çatdım. Artıq əsəbdən yerimdə dayana bilmirdim.
-Necə yəni öz evim?
-Sənin üçün gözəl bir ev tutmuşam. Həm gözəl evdir, həmdə iş yerinə yaxındı.
-Ehtiyac yoxdur. Mən maşınımla getsəm tez çataram.
-Maşınını bu 6 ay ərzində sürməyəcəksən.
-Ataaa. Niyə belə edirsən axı? Mərcə girəndə belə razılaşmamışdıq.
-Razılaşmışdıq ki özün öz işlərini mənsiz həll edəcəksən, özün tək yaşayıb öz başının çarəsinə baxacaqsan. Belə razılaşmışdıq. Hərşeyi mənsiz etməlisən. Hələ mən sənə ev tutmamalı idim amma qızımsan deyə güzəştə getdim. Amma maşınına əl qoymalıyam bu 6 ay ərzində.
-Offff ataaaa...
Üsyan edərək otağıma çıxdım.
Sözün açığı atamdan belə bir hərəkət gözləmirdim. Fikirləşirdimki asand olacaq amma artıq düşünürəm ki işlər çoooooooxxxxxx çətin olacaq. Amma məndə Nazlı Zeynallıyamsa bu işində öhtəsindən gələcəm!
Bu düşüncələrimlə çamadanlarımı yığmağa başladım. Başıma nələrin gələcəyini bilmirdim. Bildiyim tək birşey var idi, oda sabah həmişəkindən daha fərqli olaraq bambaşqa olacaqdı....