Ölüm sonrası düşüncələr

By fuad13

855 120 159

Keçmişdən gələn səslər özü ilə nələr gətirər? More

Proloq
Birinci fəsil
İkinci fəsil
Üçüncü fəsil
Dördüncü fəsil
Beşinci fəsil
Altıncı fəsil
Yeddinci fəsil
Səkkizinci fəsil
Doqquzuncu fəsil
Onuncu fəsil
On birinci fəsil
On İkinci Fəsil
On üçüncü fəsil
On dördüncü fəsil
On altıncı fəsil
On yeddinci fəsil
On səkkizinci fəsil
On doqquzuncu fəsil
İyirminci fəsil
İyirmi birinci fəsil
İyirmi ikinci fəsil
İyirmi üçüncü fəsil
Epiloq əvəzinə

On beşinci fəsil

21 4 2
By fuad13

Hələ 6 yaşında olarkən Ruhan fərqli olduğunu hiss etmişdi. Məktəbə getdiyi ilk gündən etibarən onun üçün hər şey çox sıxıcı idi. Onun öyrənmə sürəti digərlərindən çox yüksək idi və bəzi müəllimlər də daxildir olmaqla hər kəs Ruhan Muradsoyun qarşısında bir parça cahil qalırdı. Beləliklə, Ruhanın varlığı çox insan üçün onların qaçmaq istədikləri həqiqəti ifadə edirdi. Çox az müəllim anlayırdı ki, Ruhan sürətlə sinifləri keçməli, ya da xüsusi məktəblərdə təhsil almalıdır. Amma təəssüf ki, Ruhan üçün bu xüsusi imkanları təmin edəcək bir ailə mövcud deyildi. Ruhan onuncu sinifdə oxuyanda bir gün məktəbin direktoru Ruhanı çağırıb dedi ki, Təhsil Nazirliyi xüsusi istedadlı uşaqları axtarır və Ruhan da bu gün dərsdən sonra ora getməlidir. Ruhanın Təhsil Nazirliyinə getdiyi gün hələ tanış olmadığı Amil Nəzərov da orda idi. Amil məktəbdə etdiyi bir davada sinif yoldaşını yaralamış və uşağın valideynləri hay-küy qaldıraraq Amilin məktəbdən xaric olmasını tələb etmişdilər. Günün sonunda nazirlik Amilə şiddətli töhmət vermiş və bununla da məsələ yekunlaşmışdı. Eyni qurum başqa bir otaqda isə Ruhan Muradsoya "İlin ən intellektual gənci" nominasiyası üzrə diplom vermişdi.

Ruhanla digər insanlar arasında hər zaman qarşısı alınmaz böyük bir uçurum var idi. Ruhan həyatı boyunca özünü insan cəmiyyətindən sıyrılmış, qopmuş və parçalanmış hiss edirdi. Yaşadığı post modernist dövrün mənasızlığı və insanların mənasız şeylərin ardınca qaçması sözün həqiqi mənasında Ruhana əzab verirdi. Hər gün milyonlarla insan kapitalist sistemin köləsi olur və kapitalizmin mənasız dəyərlərinin ardınca qaçır. Brendlər və sosial şəbəkələrdə paylaşılan parlaq şəkillər insanların həyatlarını mənasız şeylərin ardınca qaçmasına səbəb olduqca Ruhan Muradsoy bu mənasızlığın ortasında sıxılırdı. Artıq insanlarla dərin mövzuları müzakirə etmək mümkün deyildi və bu dünyanı yenidən qurmaqla bağlı fikirlər heç kimə maraqlı deyil artıq. Çünki, insanlar başqaları haqqında danışmaqla, sosial şəbəkələrdən öyrəndikləri aforizmləri deyərək özlərini ağıllı sanmaqla, mənalarını anlamadıqları fikirləri əzbərləyib deməklə və hər kəsin oxuduğu kitabları oxuyub, hər kəs kimi düşünməklə məşğul idilər. Bütün bu mənasız hərəkətləri həyatlarına çəkmək üçün insanların çəkdiyi əziyyətləri gördükcə Ruhan da təkrarlayırdı.
- Heç bir şey ciddi deyil. Heç nəyə bu qədər önəm vermək lazım deyil.
Ruhan Muradsoy üçün bu dünya böyük bir müəmma toplusu idi. Onun yeganə fokuslandığı nöqtə təfəkkür etmək və bu dünya ilə bağlı suallara cavab axtarmaq idi. Maddənin və zamanın təbiəti nədir? Kainatın böyük simmetriyası necə yaranır? Beyin, dalğaları materiyaya necə çevirir? Amma, artıq bütün bunlar heç kimə maraqlı deyildi.
Ruhan Muradsoy universitetə daxil olanda və özü kimi düşünən bir neçə insanı gördükdə sakitləşsə də, bu sakitlik uzun sürməmişdi. Onun inkişafı və düşündüyü şeylərin miqyasının böyüməsi yenə də sürətlə baş verirdi. Universitetdə, iş həyatında və akademik fəaliyyətində hər zaman hər kəsdən fərqli idi. Hər zaman insanları heyran edəcək işlər görməyi bacarsa da, bütün bu heyranlığın son dayanacağı tənhalıq idi.
Nobel mükafatı aldıqdan qısa müddət sonra isə öz yüzillik dostlarını da itirdi. Nail və Amillə dalaşdılar. Bu görüş onların son görüşü oldu. Ruhanın əsl tənhalığı Nail və Amili itirdikdən sonra başladı. Həyatında yeganə dost ola bildiyi və keçmişindən bəri hər zaman yanında olan insanları itirmək ona çox ağır gəlmişdi. Ruhan Muradsoy anlamışdı ki, heç bir insanla bir harmoniyaya düşə bilməz. Sadəcə onun varlığı buna icazə vermir. Ona görə də, hər kəsi itirir. İtirə-itirə gedir.  Artıq Ruhan ona heyran olan, ondan nəsə gözləyən və ondan istifadə etməyə çalışan insanların əhatəsində tamamilə tənha qalmışdı. Ruhan ölərkən də beləcə tənha öldü. İnsanlarla arasında böyük uçurumlar və dünyalar var idi ölərkən. Bütün bu heyranlığa rəğmən Ruhan Muradsoy ölərkən yanında heç kim yox idi. Nə Amil, nə Nail, nə Günel, nə Nilay, nə Marcus, nə Maks, nə də digərləri...

Bir gün Amil Nəzərov yuxudan oyandı. Səhər rutini olaraq telefonunu götürərək daima son xəbərləri oxuduğu sayta girdi. Ayaqları arasından yer çəkildi və Amili sanki görünməz bir ip çəkib bütün rənglər və maddə dünyasından uzaqlaşdırıb qaranlıq bir dünyaya saldı. Ruhan Muradsoy ölmüşdü. Əli ilə bütün ağırlığını sala biləcəyi bir şey axtardı. Amma artıq dünyada heç bir nəsnə bu ağırlığı daşıya bilməzdi. Amil Nəzərov bütün varlığı ilə yerə çökdü. Ruhan ölmüşdü. Onun dostu, qardaşı, ən çətin günlərinin dayağı onsuz bir həyatı yaşayarkən onu tərk etmişdi. Artıq bu dünya Ruhanın olmadığı bir dünya idi. Ruhansız bir Ruhanın dünyası. Niyə axı? Niyə onlar dalaşdılar? Niyə yolları ayrıldı mənasız bir gözün üstündə qaşın var məsələsinə görə?

Artıq hər şey geridə qalmışdı. Aida Ruhan Muradsoy haqqında yazmırdı. Amil Nəzərov öz iş həyatına qaldığı yerdən davam edirdi. Hər kəs həyatına davam edərkən Ruhan Muradsoy yenə də unudulmuşluqlar cərgəsinə qatılmışdı. Sadəcə, ara-sıra kimlərsə Aidanın başqa yazılarını oxuyaraq Ruhan Muradsoy haqqında yazmağı niyə dayandırdığını soruşurdu. Amma Aida fikrində qəti idi. Bir generalı qaçıran və gecə vaxtı Amil Nəzərovun evinə girib, onları şantaj edən insanların sözündən çıxmaq təhlükəli olardı. Bəlli ki, Ruhan qaranlıq bir quyu olaraq qalmalıydı.
Amil müəllim isə işdən sonra köhnə dostu Nailin yoxa çıxması ilə bağlı istintaqın gedişatı ilə maraqlanırdı. Hansısa məlumat qırıntılarını qoparmaq üçün nə qədər çalışsa və bütün nüfuzunu istifadə etsə də, bir şey əldə edə bilmirdi. Ona verilən cavabların mətni belə dəyişmirdi.
- Amil müəllim, başa düşürük, sizin yaxın dostunuz olub. Ancaq, hal-hazırda bu məsələlərlə maraqlanmanız dövlətimizin maraqlarına ziddir. Bu məsələni səsə salmayın.
- Məgər təkcə mənəm bu haqda danışan? Bütün jurnalistlər, bütün xəbər saytları bu haqda yazır.
- Onların da çarəsinə baxacağıq. Siz hələki öz öhdənizə düşəni edin. Sizin yaxşı işiniz var. Sözsüz ki, kənarda boxçalarınız da var. Yəqin ki, istəmirsiniz, onların üstü açılsın.
- Mənim heç bir boxçam, ya da qeyri-qanuni bir işim yoxdur - Amil müəllim cavab vermişdi.
- Hər kəsin qeyri-qanuni bir işi var. Hətta olmayanlarda belə yaratmaq mümkündür - deyə cavab almışdı.

Qısa zaman ərzində Amil Nəzərov hər iki dostunu araşdırarkən şantaj olmuşdu. Bir az qorxmuş amma ondan da çox incimişdi. Deməli, həm Ruhan, həm də Nail ondan nələrisə gizlədiblər. Həm də həyatlarının önəmli bir qismini. Bəlkə də bu inciklik hissi onun dostları haqqında sual verməsini dayandırmağına səbəb olmuşdu. Və hətta bəlkə də, Ruhan və Nail haqqındakı hər şey unudulacaqdı. Amma tale yenə öz oyununu oynayaraq Amil Nəzərovu bu macəranın içindən çıxmağa qoymadı. Evinə iki qara siluetin girməsindən aylar sonra həm iş dünyasında, həm də elm dünyasında tanınan Nəcəf Qurbanovun ağır xəstələndiyi xəbəri yayıldı. Amil Nəcəf müəllimi hələ tələbəykən tanımışdı. Nəcəf müəllim elmi tədqiqatları və müxtəlif layihələri maliyyələşdirən bir biznesmen idi. Universitetdə oxuduqları bir gün Ruhanın telefonuna bir zəng gəlmişdi. Ruhan da böyük bir fəxarət hissi ilə bunu dostları ilə paylaşmışdı.
- Nəcəf Qurbanov mənimlə görüşmək istəyir. Görəsən hardan eşidib mənim haqqımda?
Bu sualın cavabını Ruhan çox sonra öyrənmişdi. Sən demə, Nəcəf Qurbanov mütəmadi olaraq universitetlərə öz adamlarını göndərir və ən istedadlı tələbələrin kimlər olduğunu öyrənirdi. Belə olduqda isə Nəcəf müəllimin hər kəsin qibtə etdiyi, müəllimlərlə tez-tez mübahisə edən və tələbə yoldaşlarının, hətta bəzi müəllimlərin belə ona "müəllim" kimi davrandığı Ruhan Muradsoy haqqında eşitməməyi mümkünsüz idi. Ruhan Nəcəf müəllimlə görüşə tək getməyib, özü ilə dostlarını da aparmışdı.
Nəcəf müəllim bir müddət Ruhanla havadan sudan söhbət etdikdən sonra ona hər zaman dəstək olmağa hazır olduğunu demişdi. Qısa müddət sonra Ruhanın təşkil etdiyi Kreativ Təhsil Mərkəzini maliyyələşdirdi və qarşılıq olaraq mərkəzin bütün qazanclarına ortaq olmağa başladı. Universiteti bitirdikdən sonra Ruhan Elmlər Akademiyasında işləyərkən də bu münasibət və əməkdaşlıq davam edirdi. Beləliklə, Ruhan Muradsoy istədiyi tədqiqatı apara bilmişdi və Nəcəf müəllim də bu tədqiqatları müvafiq orqanlara sataraq yaxşı gəlir əldə edirdi. O dövrdə Amil Nəzərov və Nəcəf Qurbanov cəmi bir dəfə görüşmüşdü. Amil onu da işə götürmək üçün Nəcəf müəllimə müraciət etmişdi. Nəcəf Qurbanov Amillə səmimi və dostyana söhbət etsə də onu işə götürməmişdi. Amma sonrakı dövrlərdə Amil müəllim öz işini qurduqdan sonra Nəcəf Qurbanovla dəfələrlə yolları birləşmiş və çox uğurlu əməkdaşlıqları alınmışdı. İndi isə Nəcəf müəllimin böyrək serrozu olması onları yenidən başqa bir şəkildə görüşdürmüşdü. Amil Nəzərov xəstəxanada Nəcəf müəllimin çarpayısının yanında əyləşmişdi.
- İndi həkimlər nə deyir?
- Nə deyəcəklər? Ölürəm. Hər şey bəllidir - Nəcəf müəllim xırıldadı.
- Elə deməyin Nəcəf müəllim - Amil əlini uzadıb xəstənin əlindən tutdu - Allahdan ümid kəsilməz.
- Əşi, yaşayacağımı yaşamışam. Mənə day nələr lazımdır ki?
Nəcəf müəllim bu cür solğun və qırışmış dərisi ilə belə yenə də karizmatik görünməyə davam edirdi.
- Elə deməyin Nəcəf müəllim, siz bizə lazımsınız.
Nəcəf müəllim, üzünü çevirərək Amilin gözlərinin içinə baxdı. Belə olduqda, onlar ikisi də anlayırdı ki, nə haqda danışmaq istəyirlər. Nəhayət, Nəcəf müəllim zəif səslə dilləndi:
- Bilirsən də, bu dünya kimin bizə yadigarıdır. Bu dünyaya lazım olan şəxs o idi.
Amil əlləri ilə saçlarını gözündən çəkdi. Soruşmaq istəyirdi, amma alınmırdı. Nəcəf müəllimi belə xəstə halıyla necə sorğu-suala tuta bilərdi ki?
- Soruş Amil. Sözlü adama bənzəyirsən.
- Nəcəf müəllim, çox üzr istəyirəm, amma beynim çox qarışıqdı. Bir müddət əvvəl Ruhanı araşdırırdıq. Bir neçə şayiə xaricində heç bir məlumata çata bilmədik. Üstəlik, bir gecə mənim evimə girdilər.
- Kimlər? - Nəcəf müəllim dikələrək soruşdu.
- Bilmirəm. Amma qəribə şeylər dedilər. Bunlar şəbəkə kimidirlər. Ruhanı istifadə edib, Ruhanı böyüdüblər. Ruhan bu şəbəkənin üzü olubmuş sadəcə.
- Və?
- Vəsi budur ki, Nəcəf müəllim - bu dəfə opponentinin gözünün içinə baxma növbəsi Amil Nəzərovda idi - sizin və Ruhanın keçmişini bilirəm. Siz də şəbəkədən olmusunuz?
Nəcəf müəllim gülümsədi.
- Madəm ki, artıq ölürəm, həqiqəti deyəcəm. Şəbəkəni mən yaratmışdım.

Continue Reading

You'll Also Like

32.7K 716 38
Now you gotta ask yourself. What would it be like to find out that the people you love and would die for, turn out to be self centered assholes who w...
11.8K 1.2K 31
«ឯងជាអូមេហ្កា ដូច្នេះឯងត្រូវធ្វើជាទាសកររបស់យើងពេញមួយជីវិត» មីន យ៉ុនហ្គី «បាទ!» «ពីពេលនេះទៅឯងត្រូវហៅយើងថា "លោកម្ចាស់" ព្រោះយើងជាអ្នកសង្គ្រោះជីវិតដ៏ថោក...
THE PARADISE OF LIES By Vanhi

Mystery / Thriller

9.1K 1.3K 78
GENRE : Thriller , drama .......... Vaidehi is a young woman with her own set of dreams and disappointments. She faces a heartbreak when...
48K 1.8K 36
In which flora mikaelson is reborn in to Harry Potter older twin sister Kol mikaelson x fempotter Please leave a comment Love y'all-rose No mine