Ölüm sonrası düşüncələr

By fuad13

838 120 159

Keçmişdən gələn səslər özü ilə nələr gətirər? More

Proloq
Birinci fəsil
İkinci fəsil
Üçüncü fəsil
Dördüncü fəsil
Beşinci fəsil
Altıncı fəsil
Yeddinci fəsil
Səkkizinci fəsil
Doqquzuncu fəsil
Onuncu fəsil
On İkinci Fəsil
On üçüncü fəsil
On dördüncü fəsil
On beşinci fəsil
On altıncı fəsil
On yeddinci fəsil
On səkkizinci fəsil
On doqquzuncu fəsil
İyirminci fəsil
İyirmi birinci fəsil
İyirmi ikinci fəsil
İyirmi üçüncü fəsil
Epiloq əvəzinə

On birinci fəsil

23 5 2
By fuad13


Qapını açma.

- Qapını açma - Nuray qışqırdı - demişdim sənə...
- Sakit ol - deyə Aida pıçıldasa da qapının arxasında dayanan adam hər şeyi eşidirdi.
- Nə olub? - səsə Amil Nəzərov da çıxdı.
- Nail Məhərrəmovun köməkçisi gəlib - Aida təkrar gözlükdən baxaraq cavab verdi. Amma elə o an gözlüyün digər ucu qapandı. Adam qara əlcəkli əli ilə qapını tutmuşdu.
- Gözlüyü tutub, heç nə görə bilmirəm.
- Qapıdan çəkil - deyə Amil müəllim qışqırdı.
Demək olar ki, Aidanın aşağı əyilməsi ilə qulaq batırıcı bir gurultunun səslənməsi və qapı qırıntıları ilə birlikdə içəri keçən güllənin sürətlə yol qət edərək qarşıdakı divarda deşik açması eyni anda baş verdi.
- Qaçın - Nuray qışqırdı.
Nilay reflektiv olaraq ayağa qalxıb dəhlizə çıxdı. Amil müəllim qızı əlindən tutub ən yaxındakı soldakı otağa tərəf itələdi. Hər kəs panika içərisində soldakı otağa dolaşarkən Amil Nəzərov qışqırdı:
- Silahımız var. İçəri girdiyin an səni alnının ortasından vuracam.
Nuray hələ də dəhlizin ortasında duran Amil müəllimi qolundan tutub otağa dartdı. Aida cəld tərpənib, qapını bağladı.
- Hamımızı öldürəcək - deyən Nuray masanın yanında dizləri üstə çökdü.
- Silahınızı hazır vəziyyətdə saxlayın, Amil müəllim - Aida bir anda tələbkar tərzdə danışmağa başladı - heç olmasa bir şansımız olar.
- Nə silah - Amil müəllim pıçıldadı - onu qorxutmaq üçün dedim.
- Öldük o zaman - Nilay donuq üz ifadəsi ilə rəy bildirdi.
Amma, səssizlik hökm sürürdü. İkinci atəş açılmamış, qapı sındırılmamış və içəri heç kim girməmişdi.
- Getdi görəsən? - Nurayın gözlərindən artıq yaş damlaları azadlığa çıxmışdı.
Aida pəncərəyə tərəf qaçaraq pərdəni araladı.
- Heç nə görmürəm.
Amil Nəzərov cibindən açarlarını çıxararaq yumruğunu əmələ gətirən barmaqlarının arasında tutdu. Bu cür yaxşı vurulmuş zərbə bir insanı zərərsizləşdirməyə yetirdi.
- Mən bilirdim, Ruhanın bu cür işlərinin olduğunu bilirdim - Nilay bu dəqiqə bu məlumat çox vacibmiş kimi dilləndi. Hər kəs ona baxarkən o danışmağa davam etdi - Ruhanın dərinliklərini sadəcə mən görə bilmişdim. Hələ o vaxt...
- Odur, gedir.... - Aida qışqırdı.
Hər kəs pəncərəyə tərəf hərəkət edib, pəncərədən aşağı baxdı. Qara mersedes döngəni dönərək onların görmə sahəsindən çıxarkən Nuray dərin nəfəs aldı.
- Taktikam işə yaradı - Amil müəllim gülümsədi.
- Polisə gedək tez - Aida hələ də təlaşlı idi.
- Nə polisi - Nuray qarşı çıxdı - ortada bir general yoxa çıxıb və köməkçisi bizi öldürməyə gəlib. Səncə, gedəcəyimiz polisə güvənə bilərik? Allah bilir, hansı terror təşkilatı var işin içində.
- Terror deyil - Amil müəllim fikirli halda dilləndi - bu Ruhanla bağlı bir şeydir.
- Ruhanla bağlı nə ola bilər ki?
- Bilmirəm, amma söhbət Ruhandan gedərkən artıq heç nəyə əmin olmaq olmur. Onun hansı işlərə qarışdığını bilmirəm. Amma deyəsən o bilir.
Amil Nəzərovun son sözü ilə hər kəs üzünü çevirib, Nilaya baxdı.
- İndi söhbət yeri deyil, qalmalıyıq - Nuray həyəcan içində bildirdi.
- Elə isə bizə gedək, mənim evim böyükdür. Hər birimiz orda gizlənə bilərik - Amil müəllim qapıya tərəf gedərək danışırdı - Dostunuz düz deyir, Aida xanım. Nə baş verdiyini anlamamış polisə getmək təhlükəlidir.

Beş dəqiqə sonra hər kəs Amil Nəzərovun maşınına doluşdu. Nilay ön kresloda, Aida və Nuray isə arxada özlərinə yer etdilər. Amil maşını hərəkətə keçirərkən, içəridəki hər kəs çox gərgin idi.
- Bu yoxa çıxmış general sizin də dostunuz idi, Amil müəllim - Nuray deyəsən bir çox şeyi aydınlaşdırmamış sakit durmaq fikrindən belə uzaq idi - sizcə, nə olmuş ola bilər?
- Bu barədə heç bir fikrim yoxdu - Amil Nəzərovun gözünün önündən kadrlar keçməyə başlamışdı artıq - biz üç nəfər çox yaxın dost idik. Hətta, dostdan daha yaxın - qardaş idik. Amma, bir gün bərk dava elədik. Mən Ruhanı vurdum və yerə yıxdım. Həmin gün Ruhanı sonuncu dəfə gördüm. Sonra necəsə oldu Nail də məndən soyumağa başladı. Sanki aramızdan birinin getməsi digərlərimiz arasında da bağı qoparmışdı. Beləcə, Naillə də uzaqlaşdıq. Onu illərdir ki, görmürdüm. Həyatında nələr olduğunu bilmirəm.

************************************************

Onlar Amilgildəydilər. Və elə indicə Ruhan üzündən yediyi yumruğun təsiri ilə yerə yıxılmışdı. Amil hirsindən əsən əlləri ilə paketdən siqaret çıxararaq, yandırdı. Ruhan üzünü tutaraq ayağa qalxdı. Elə bu an Amil Ruhanın gözlərində çox güclü bir qəzəbi gördü. Hal-hazırda onun qarşısında duran sanki dostu yox, hər cür pisliyə qadir şeytanın özü idi. Amil elə bildi ki, bu dəqiqə Ruhan onun üstünə hücum çəkəcək. Nə də olmasa, Ruhan artıq yumruqlarını düyünləmişdi. Amma qəfil Ruhanın ağzından bu sözlər çıxdı.
- Bağışlayın, mən getməliyəm.
Üzünü çevirdi və sonuncu dəfə getdi.
************************************************
- Bəs sən Aida, nə danışmışdın bu Nail Məhərrəmovla?- Nurayın sualları bitmirdi.
- Heç nə. Ruhan Muradsoyun sevgi həyatı haqqında danışdı. Bir qız sevib, amma nəsə alınmayıb.
- Bəlkə də generalın yoxa çıxması Ruhan Muradsoyla bağlı deyil?
- Hə, köməkçisi də ürəyi sıxıldığı üçün bizi öldürməyə gəlib.
- Məncə, biz artıq Nilayı dinləməliyik - artıq ikinci dəfədir ki, Amil müəllim arxada oturan balaca boy qadına işarə vururdu - evdə bir şeylər deyirdiniz, Nilay xanım.
- Mən əmin deyiləm - deyə Nilay sözə başladı - Ruhan tanıdığım ən qəribə insan idi. Biz onunla bir neçə il Elmlər Akademiyasında bir yerdə işləmişik. Hətta, Ruhanla bir müddət dost olmuşduq. Ruhan elə bir insan idi ki, onun qara-qura işlərlə işinin olmadığını asanlıqla deyə bilərəm. Amma, eyni zamanda kimsə desəydi ki, Ruhan mafiya üzvüdür, buna da təəccüblənməzdim.
- O necə olur?- Aida soruşdu.
- Ruhan bir tərəfdən çox mədəni və ağıllı oğlan idi. Tam bir ürəyi təmiz bəy əfəndi. Hər şey haqqında bilgisi olan çox savadlı bir insan.
- Bu təəccüblü deyil - Amil müəllim rəy bildirdi - o dahi idi.
- Amma - deyən Nilay bu "amma" sözündən əvvəlki hər şeyi silərcəsinə davam etdi - eyni zamanda da manipulyasiya qabiliyyəti çox güclü olan bir insan idi. İstənilən insanı qatığın qara rəngdə olduğuna inandıra bilərdi. Bəzən öz-özümə düşünürəm, insanların onun haqqındakı yaxşı düşüncələri də görəsən onun manipulyasiyasının nəticəsidirmi?
- Bunlar sadəcə subyektiv müşahidədi.
- Sizə subyektiv olmayan bir şey deyim o zaman. Ruhan məğlubedilməz idi. Onunla düşmənçilik edən, ona qarşı gələn hər kəs qısa müddətdə ya ölür, ya işdən çıxarılır, ya da necəsə həbs olunurdu. Bunlar təsadüf ola bilməz. Bir dəfə siyirməsində tapança belə görmüşdüm. Və onun xaricə köçməsindən bir neçə il sonra bir nəfər öldürüldü. Televiziyalar bu adamın mafiya olduğunu deyirdi. Hansı ki, mən həmin adamı bir neçə dəfə Ruhanla birlikdə görmüşdüm.

Amil Nəzərov maşını saxladı.
- Nə oldu?- Nuray adəti üzrə sual verdi.
- Çatdıq.

Amil müəllim yanında üç xanımla evlərinin qapısında peyda olanda həyat yoldaşı təəccübləndi, amma özünü yığışdıraraq bəziləri üçün dünyanın ən vacib şeyi olan qonaqpərvərliyini sərgilədi.
- Xoş gəldiniz.
Amil müəllim sual dolu baxışları üzərində hiss edəndə anladı ki, yoldaşına bir açıqlama borcludur.
- İlahə, bunlar mənim qonaqlarımdı. Bir müddət bizdə qalacaq bunlar.

"Bunlar?" deyə Aida fikirləşdi " Daha mədəni olmaq mümkündür"
- Buyurun, içəri keçin - İlahə saçlarını səliqəyə salmağa çalışdı.
- Bunları Ruhan göndərib.
- Ruhan?
- Ruhan Muradsoy - Aida araya girdi - haqqında heç nə bilinməyən insan. Sirlərin arxasındakı adam.
- Yaxşı Aida, yazıçılığın yeri deyil - Nuray dedi.

O gün hər kəs İlahənin içindəki müəmmalı səssizliyi paylaşırdı. Hər kəs havanın qeyri-ritmik ahəngi ilə həmahəng olub, sadəcə içlərindəki fırtına öz yaşının həddi-buluğuna çatanda danışırdı. Yemək yedilər, çoxlu çay içdilər. Düşündülər və danışdılar. Çoxlu qərar verməyə çalışaraq axırda qərarsız qaldılar. Amil Nəzərov o gün işə getmədi. Aida telefonunu heç açmadı. Nuray isə bir dəfə ərinə zəng edib, bu gün Aidagildə qalacağını xəbər verəndə, Amil Nəzərov öz - özünə düşündü.
- Get-gedə kişilər çox yumşaq olurlar.
Hava qaraldıqda hələ də qrupun bütün üzvləri müəmmalı və çox mənasız bir gün keçirdikləri mövzusunda həmfikir idilər. Səhər - səhər tanımadıqları bir adam gəlib qapılarına bir əl atəş açmış, sonra çıxıb getmişdilər. Və indi də hər kəs burdadır. Sadəcə oturub nə olacağını gözləyirlər.
Bir azdan hər kəs yatmağın ən yaxşı fikir olduğu mövzusunda razılaşdı. İlahə qonaq otağında gələnlər üçün yer saldı.
Gecə saat üçü keçəndə Amil hələ də yuxuya dalmamış və çarpayıda uzanıb tavana baxırdı. Deyəsən, həqiqətən də o Ruhanı heç tanımayıbmış. Ruhanı - ən yaxın dostunu. Ruhanı universitet dövründən tanıyırdı. Dərsdən qovulan tələbədən Nobel mükafatı almış elm adamına gedən yolda Ruhanın yanında olmuşdu. Amma indi? Yüz faiz Nail bir çox şeyi bilirdi.
"İkisi də məndən gizlədib"
Yorğanı üstündən ataraq xışımla yerindən qalxdı. Siqaretini götürüb, mətbəxə keçdi. Elə onda anladı ki, bu evdə yatmayan daha biri var.
- Nilay xanım
Nilay mətbəxdə təkbaşına oturmuşdu. Amil Nəzərovu görəndə bir anlıq utandı və ayağa qalxsınmı, yoxsa oturmağa davam etsinmi bilmədən yerində qurcalandı.
- Sizi də yuxu tutmayıb, Nilay xanım?
- Yox, düşünürdüm.
- Nəyi?
- Ruhanı.
Amil Nəzərov keçib Nilayın yanında oturdu.
- Nilay xanım, Ruhan haqqında nələr bilirsiniz?
Nilay gülümsədi:
- Mən Elmlər Akademiyasında işləməyə başlayanda Ruhan Muradsoy orda görünməz bir adam idi. Bütün günü öz otağında oturur, heç kimlə danışmır və hansısa elmi tədqiqatlar edirdi. Demək olar ki, heç tanımırdım. Sadəcə, arada bir adını eşidirdim. Dəhlizlərdə görəndə də adama salam verməzdi.
- Ruhan elə idi - dedi Amil Nəzərov gülümsəyərək.
- Sonra anidən beynəlxalq bir layihə ortaya çıxdı - Nilay xəyalında o günlərə qayıdarkən danışmağa davam etdi - Ruhan dünyanın iki böyük institutu ilə əməkdaşlıq qurmağı bacarmışdı. Bir anda Elmlər Akademiyasında hər şey dəyişdi. Ruhan demək olar ki, bütün işlərə nəzarət etməyə başlamışdı. Hamımız şoka düşmüşdük. Bizim şöbə müdiri başqası idi, amma Ruhan içəri girir, bizlərə tapşırıq verirdi. Hətta biz deyəndəki şöbə müdiri ilə məsləhətləşməliyik, deyirdi ki, buna ehtiyac yoxdur, insiyativ alın bir az. Biz mümkün qədər ona qarşı dirənməyə çalışdıq.
- Bu çox mümkün deyildi. O, kiminsə nəsə etməsini istəyirdisə, bunu həmin adama etdirərdi - Amil Nəzərov siqaretini yandırdı.
- Eynən - dedi Nilay - qəribə bir aurası var idi. Qısa bir zamanda o boyda Akademiyada bütün kontrolu əlinə aldı. Çox güclü liderlik və manipulyasiya qabiliyyəti var idi.
- Bunu çox yaxşı bilirəm - dedi Amil müəllim növbəti dəfə gülümsəyərkən.
- Hər şey bir qırağa, Ruhan Muradsoy sanki bir anda havalandı. Biz yavaş-yavaş hərəkət edincə o böyük layihələri qısa müddətdə edirdi. Elə olmuşdu ki, akademiyanın böyük professorları belə onunla hesablaşırdı. Və bu dövrdə Ruhanın cəmi 25 yaşı vardı.
- Xatırlayıram o dövrü.
- Mən də - deyə əlavə etdi Nilay - bir gün Akademiyanın sədri bizim hamımızı bir yerə yığdı və dedi ki, Ruhan Muradsoy nə deyirsə, onu da edin. Dedi ki, biz heç birimiz müasir elmi Ruhan qədər anlamırıq. Onda mən şok olmuşdum həqiqətən. Sonra Ruhanda həqiqətən də bir fərqlilik sezdim.
- Necə yəni?
- Ruhan Muradsoy fərqli idi. Heç nə onun üçün ciddi deyildi. Nə də olmasa, biz Elmlər Akademiyasında işləyirdik. Hamımızda bir rəsmiyyət var idi. Amma, Ruhan gəlir, professorlarla zarafat edir, dəhlizlərdə mahnı zümzümə edir və laboratoriya oturub çizgi roman oxuyurdu.
- Həə, həyatda heç nə ciddi deyil deyərdi həmişə - Amil də Ruhanın fəlsəfəsini xatırladı- o düşünürdü ki, ən axmaq insanlar həyatı ciddiyə alan insanlardı.
- Bilirəm. Bəlkə də, buna görə bu qədər cəsarətli idi. Sözünü deməkdən çəkinməzdi. Hər kəs onunla baş-başa gəlməkdən çəkinirdi. Onunla düşmənçilik edənləri sözün həqiqi mənasında çox ustalıqla zərərsizləşdirirdi. O, dağılmaz qala kimi idi. Bir müddət sonra elə oldu ki, Ruhanla dost olduq. Hətta çox yaxın. Bir-birimizə hər şeyi danışırdıq - Nilay dayandı.
- Nə oldu? Niyə susdunuz?- Amil Nəzərov siqaretini kül qabına basarkən soruşdu.
- Ruhanın şeytan üzünü gördüm - dedi Nilay düz Amil müəllimin gözlərinin içinə baxaraq.


Continue Reading

You'll Also Like

OBSESSED By BVRBIEN

Mystery / Thriller

114K 4.8K 28
obsessed
128K 12.9K 32
Athulya Singhania has spent her entire life in solitude, yearning for the love of a family. Over the years, she mastered the art of concealing her em...
6K 343 5
"𝘿𝙤𝙣'𝙩 𝙩𝙤 𝙩𝙝𝙞𝙨 𝙥𝙡𝙯 , 𝙄 𝙖𝙢 𝙨𝙤𝙧𝙧𝙮" She cried but her 𝙨𝙩𝙚𝙥 𝙢𝙤𝙩𝙝𝙚𝙧 didn't show any mercy and beat her from 𝙄𝙧𝙤𝙣 𝙧𝙤𝙙...
46.8K 1.4K 8
فَتاه قوية و لكِن القدر أقوى مِنها غدرت مِن اقرب الناس ، تعذبت و ضلمت مِن اشباه الرِجال كانت تحب لكن طعنت فدخل رجال آخر رغما عِنها هل ستقع في الحُب...