2 bölüm

28 14 0
                                    

Günəş belə yeni gözlərini açmışdı ,Annabella heç vərdiş olmadığı bir vaxta oyandırılır.Bu Annabella'nın ilk işində ilk iş günü idi. Les-anceles 'də qəsəbədə camaatın qəzetini bir ay Annabella paylayacaq.Bu Cəza idi ,və bu cəza 1 ay davam edəcək...
- Annabella ,Annabella oyan -deyə anası madam Bella onu oyandırdı.
-5 dəqiqə daha -deyərək Annabella yorğanı başına çəkdi.Atasının:
- Annabella haradasan? -deməyi ilə Annabella yerindən dik atıldı.Bu gün ona verilən işi yerinə yetirəcəkdir.Annabella asta bir səslə:
-Gəlirəm ata -dedi. Əyninə qırmızı don geydi,və aşağı atasının yanına endi .Mrs.Tom'un Annabella'nı görəcək gözü yox idi. Onu utandırmışdı.Annabella' atasının yanına gəlib ,utancaq bir halda:
-Sabahınız xeyir -dedi.Atası Annabella'ya baxaraq :
- Sən məclisə yox qəzet paylamağa gedirsən,get daha uyğun bir şey geyin-dedi
Annabella otağına çıxıb paltarın dəyişməyə getdi.
-Uşağın üstünə çox getmə-deyə Madam Bella Mrs.Tom'a açıqlı halda dedi .Mrs.Tom əllərini birləşdirərək:
-Yeməyinizi yeyin,o həmdə mənim qızımdı-dedi .Bir neçə dəqiqə sonra Annabella yemək yemək üçün aşağı endi ,bu dəfə cins yaşıl şalvar sarı köynək geymişdi.Əvvəlki günlərdən fərqli olaraq bu gün o anasının yanında oturdu. Səhər yeməklərini yedikdən sonra Annabella həyətə düşmək üçün hazırlaşırdı .Qapını açdıqda velosipedin arxasında 100 -ə yaxın qəzetləri gördü.Atası velosipedi ona tərəf əyərək,bir az əsəbi, bir azda kinayə ilə:
- İlk işin mübarək!-dedi.Annabella velosipedə minərək birinci Ann'gilə yol aldı .Ann'da velosipedin minərək ona kömək etmək qərarına gəldi.Qəsəbədə əhaliyə qəzet paylamağa başladılar. İlk növbədə qəzeti Ann'gilə verdi. Ann gülərək:
-Sağolun -dedi.
- ha ha ha. az danış gəl hələ çox işimiz var .-deyə Annabella kinayə ilə dedi .
Qızlar qəzet paylaşaq üçün yol aldılar. Mrs.Brown'a,Madam Gabrielle'ya,yaşlı Cek'ə,Henry'yə , Madam Isabella'ya qəzetləri verdikdən sonra Ann'gilin məhləsindəki evlər bitdi.Qızlar velosipedlərini sürərək ordan uzaqlaşdılar. Hava get-gedə qaralırdı qəsəbədəki evlərin hamısına qəzet paylanmışdı ,sıra meşədə yaşayan insanlara ,qızlar meşənin girişində Mrs.Smith'ə ,tək yaşayan qarı Mary'yə ,Jim ailəsinə,Ben'ə qəzet verdikdən sonra meşənin içərilərində doğru yol aldılar .Orda qarşılarına çox böyük ,bir o qədərdə qorxunc və tərk edilmiş ev çıxdı. Evin qorxunc olmasının səbəbi qırıq-tökük olmasıdı.Hər şey bu evlə başlayır.....

Paranormal Ev Hikayelerin yaşadığı yer. Şimdi keşfedin