Döymə bu vaxt pəncərəmi
Qaranlığda qorxuram
Qorxuram tıqqıltıdan
Damlalardan qorxuram
Qorxuram islanmağdan
Qurumaq zaman alır
Qurumaqdan qorxuram
Canım da xəstə qalır
Sonra gözüm qıyılır
Nəfəsim də daralır
Bədənim istilənir
Ürəyim soyuq qalır
Bu xəstəlik canımdan
Daha çətin ayrıla
Kaş xəstəlikdən qabaq
Ruhum məndən ayrıla
Yüksələ buludlara
Şimşəklər olan yerə
Allahın qüdrətini
Seyr elədiyin yerə
-Orucali
