-Ana, yemək hazırdır?
-Gətirirəm, a bala. Səbrin olsun da. Hazırdır, indi.
-Qaqaş, bir dənə bu misala bax da. Nolar ki?-Ümidin balaca bacısı dedi
-Ay da, Zəhra indi gəlmişəm universitetdən. Gözlə də, baxaram sonra. Qoy yeməyimi yeyim.
Ümidin anası yeməyi gətirdi və Ümid də kasıb ailənin pomidor-yumurtasını acgözlüklə yedi. Sonra isə bacısına:
-Gətir baxım misala. Hə, burada nə var ki? Bərabərliyin hamısını bir tərəfə keçirt, sonra da 0-a bərabər et də. Kvadrat tənlikdir, guya bilmirsən?!
-Yadımdan çıxmışdı da. Yazım sonra yoxla.
Ümid 23 yaşında gənc, yaraşıqlı və olduqca savadlı bir oğlan idi. BDU-nun 3-cü kursunda oxuyurdu. 1 dəfə nişanlı olmuş, amma nişanı uğursuz alınmışdı. Bu da gəncliyin bir səhvi idi də. Universitetdə zəkasına və fəallığına görə tanınırdı. Müxtəlif yarışlara, viktorinalara, müsabiqələrə müəllimlər birinci məhz Ümidin adını yazırdı. Bakıda yaşasa da Bakının mərkəzini demək olardı ki, görmürdü. Fikrini ancaq kitablara, elmə yönəltmişdi. Tətillərdə və həftəsonlarında tələbə yoldaşları ona şəhərə çıxmağı təklif etsələrdə, o razı olmur, "Siz çıxın, görüşməyimiz başqa günə qalsın" deyirdi. Universitetdə yaraşığına və əlaçılığına görə çox tələbə tərəfindən sevilsə də, öz ürəyini hələki heç kimə verməmişdi. Əslində, qruplarında ürəyinə yatan qız var idi. Amma, etiraf etməyə qorxurdu. Zalım qızı Leylanın üzüyünü qaytardıqdan sonra gözü sevgidən əməlli-başlı qorxmuşdu. Qruplarında sevdiyi qızın adı Jalə idi. Jalə Ümiddən 1 yaş kiçik idi. O da, əlaçı, öz yerini bilən, əxlaqlı, ağıllı qız idi. Bir də, qrupda Sevinc var idi ki, Ümidin dərdindən dəli-divanə idi. Qız özü bir neçə dəfə öz ürəyini Ümidə açsa da, Ümid onu ciddiyə almamış, hər dəfəsində bir bəhanə tapıb aradan çıxmışdı. Gah "rektor gəlir mən sinifə girim", gah "mən kitabxanaya gedirəm, sonra danışarıq", gah da "anam zəng edir sonra səninlə söhbət edərik" deyib uzaqlaşırdı. Yazıq Sevinc də hər gecə dua edirdi ki, Ümid onun təklifini qəbul eləsin. Amma, nə etsin ki, bir nəticə olmurdu...
Qış gəlmişdi. Artıq dekabrın sonları idi. Hər ilki kimi, bu il də, qrup yeni il partisi edəcəkdi. Artıq danışıb, məkan da təyin etmişdilər. Bu çılğın qrupun starostası Sevinc idi deyə, whatsapp qrupunda hamıya xəbər edirdi. Onların son yazışmaları da belə olmuşdu:
Sevinc: Uşaqlar, ayın 31-i bir yerdəyik də. Kim gedəcək şənliyə?
Lamiyə: Salam, Sevinc. Mən gedirəm
Zəhra: Mən də
Fatimə: Mən gələ bilməyəcəyəm, uşaqlar, üzrlü sayın.
Jalə: Mənim adımı yaz siyahıya, bacı.
Aydan: Mən gələcəyəm.
Pərviz: Mən də gələcəyəm.
Uğur: Mənim də adımı yaz, Sevinc.
Sevinc: Bəs Ümid? Ümid gəlməyəcək? Xəbəriniz var ondan?
Fateh: Mənim də adımı yazarsan, Sevinc. Mən dəqiq bilmirəm Ümidi.
Aydan: Niyə gəlmir? Gələr yəqin.
Zəhra: Gələr, gələr, narahat olma😂😂
Aydan: Nolub, niyə güldün? Yoxsa, bir şeylər yaşanır qrupda?😜
Sevinc: Dəlisiz siz? Nə olacaq? Sadəcə, starosta olaraq soruşmaq borcumdur.
Jalə: Zarafatsız, Ümiddən səs çıxmadı. Yəqin gəlməyəcək.
Fateh: Sevinc, neçə manat verəcəyik?
Sevinc: Mən təklif edirəm ki, kim nə qədər istəyir gətirsin. Onsuz da bizdə olacağıq da. Düzdür, mən hər şeyi qaydasına salacağam. Amma, əlavə nəsə istəsəniz almaq üçün gərək pulunuz ola da.
Fateh: Aha, oldu.
Ümid: Uşaqlar necəsiniz? Kim dedi ki, gəlməyəcəyəm? Gələcəyəm təbii ki. Mənim də adımı yaz, buruqbaş.
Fateh: Oo, Ümid. Deyirəm də, sənsiz şənlik keçməz.
Sevinc: Aha, yazıram.
Jalə: Salam, Ümid.
Ümid: Nə yaxşı buradasan Jalə? Necəsən, nə var nə yox?
Jalə Ümidə cavab yazmamışdı. Sevinc isə Ümidin niyə Jaləyə çox diqqət göstərdiyini anlamırdı. Ümid həmişə Sevincə zarafatca "buruqbaş" deyə müraciət edərdi. Çünki, Sevincin saçları qıvrım idi. Əslində, Ümidi qısqanmaq yersiz idi. Ümid qrupda hamıya qarşı səmimi idi.
Səhəri gün universitetdə son dərs 45 dəqiqə keçdi. Ümid evə gəlmək üçün avtobusa minmişdi. Sürücünün dayanacaqda qəfil saxlaması səbəbindən Ümid özünü tarazlaya bilmədi və bir qızın qoluna dəydi. Nəticədə qızın əlindəki telefon yerə düşdü. Ümid, yerə doğru əyilərək qızın telefonunu götürdü və ondan üzr istədi. Evə çatdıqda isə çox yorğun olduğundan heç yemək də yemədi. Birbaşa otağına keçib çarpayısına uzandı. Tezliklə də yuxuya getdi...
YOU ARE READING
Nərgiz və Ümid
AdventureNərgiz... Varlı ailənin gözütox qızı Bəs Ümid? Ümid kimdir bəs? Gənc yaşında həyatın hər çətinliyini görən oğlan yoxsa dünyanın ən bəxtəvər insanı? O bəxtəvər yoxsa bədbəxt idi? Bəs Nərgiz və Ümidi nə birləşdirdi? Təsadüf?
