.

22 3 0
                                    

səni gördüyüm ilk günü xatırladım indi
dərsə gecikməməyə çalışan biri
saçı dağınıq, ağ köynəyində mürəkkəb
bütün diqqəti sadəcə lövhədə
ön parta, nə qapıdan uzaq nə də yaxın
sevgidən xəbərsiz, kədərdən ötə,
amma dəyişdin.
sevdin sən də, ən sonunda sevdin sən də,
amma fərqli bir şəkildə,
sanki bir kəpənəkmiş kimi qorudun,
hamıdan, hər kəsdən gizlətdin
bilib incidərlər  deyə qorxdun.
ona görə də yazdın sən də,
sevdiyinə, sevməmək istədiyinə, mənə.
bunlardan xəbərsiz yaşamadım mən də
oxumaq istədim, icazə vermədin
sevmək istədim ama gecikdim
çoxdan incitmişdim səni artıq mən
qurduğun qalanı izlədim sadəcə
qəlbinin ətrafına ağlayaraq qurduğun
dağıtmaq istədim, amma olmadı.
dayandırmaq istədim, amma olmadı.
göz yaşını silmək istədim, amma olmadı.
səni sevmək istədim, qoymadılar.
səni müdafiə etmək istədim, qoymadılar.
incitdim səni ona görə bəlkə də
səni sevə bilmədim ona görə bəlkə də
bağışlasan məni demək istəyirəm
lakin mən belə məni bağışlamaram.
bu səbəbdən sənə yazıram
sənin mənı yazdığın kimi
bir umid bəlkə qovuşdum sənə
yazdıqlarımda, yazdıqlarında.
əlvida qəlbini qırdığım,
əlvida göz yaşını silmədiyim,
əlvida kədərinə səbəb olduğum,
əlvida, qədrini bilmədiyim.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
səssizliyi yaradanlarWhere stories live. Discover now