Həyatımızın nöqsanı..

35 3 0
                                    

Bəlkədə yaşadığımız bu həyatın nöqsanı bizdədir..Kiməsə çox dəyər verməyimizdədir..kiməsə çox  güvənməkdədir və ya kiminsə güvənini qırmaqda,xəyallarını puç etməkdədir..Ən əsas nöqsan isə elə özümüzdədir..

Qarşımızdakı insanı tanımaq üçün aylar yetmir,illər yetmir bəzən..Heç kimə güvənmək olmaz əslində.. Kiməsə dərdini demək,məsləhətləşmək və ya nələr nələr...Kiməsə ailəndən biri demək olmaz əslində..

Dost belə insanın ailəsi olmur,əfsuslar olsun ki 1,2il tanıdığımız insanlara dost deyib,özümüz kimi bilirik..Ətrafımızda olan hər kəsə isə onu özümüz kimi tanıdırıq.. Və ona verilən bu qədər dəyər ,onu daha da inamlı edir özünə qarşı.. Axı o insan bizim xəyalımızdakı insan olmayıb,biz onu xəyalımız kimi təsəvvür etmişik..

Kaşki həyatı idarə edə bilsək.. Biz ona tabe olmasaq..Həyat bizdən asılı olsa..Kaşki tanıdığımız insanlar ilk anlardakı kimi qalsa,iç dünyalarının yalnız gözəlliklərini görsək,çirkinliklərinin şahidi olmasaq... Kaşki dəyişə bilsək.. Öz nöqsanlarımızı, öz həyatımızı və özümüzü...
                                                                                                                                                                                                                                                                             Aydanyazar.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 21, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Acı həqiqət hər kəsi üzür.. Amma ən doğrumuz, "ən yanlış səhvlər" imizdir...Where stories live. Discover now