Təm- tərahlı göz oxşayan zalın geniş koridorunda gəzişən kütlə, get- getə artmaqda davam edirdi.
Mərmər səki üzərinə dəyərək "tıkıldayan"ayaqqabı səsləri , kütlənin divara asılmış
böyük- kiçik çərçivədə olan şəkillərin müzakirə səslərinə qarışmışdı.
Üç mərtəbəli geniş binanın qapısında isə,iki qara smoking geyimiş mühafizəçi dururdu.Olara tapşırıldıqı kimi yalnız "dəvətli" qonaqları və jurnalısləri içəri buraxmaqdaydılar.
Qapının önündə durmuş içəri girmək üçün fürsət axdaran jurnalistikada ilk addımlarını atan bir qrup gənc isə,istədikləri materialları əldə etmək ümüdü ilə çırpınırdı.
Qara maşının sürətini azaldaraq dəbdəbəli şəkildə bəzədilmiş binanın qarşısında durması isə, jurnalistlərin gözündən yayınmamışdı.
Sürücüyə eyhdiyac bilməyən, sükan arxasında özü əyləşən, yaşı 35 - 36 arası olan Sərxan bu müsabiqənin işdirakçılarından biriydi.
Maşından enər-enməz jurnalistlərin suallarına hədəf olsada, cavablamaqı vacib bilmədən sürətlətini artıraraq içəri daxil oldu.
Tanınmış simalardan biri olan Sərxan, gözlənilənlər sırasında olduqundan mühavizəçilər tərəfindən kimliyi yoxlanılmaqa ehdiyac bilinmədi.
Tədbirin başlamasına 15 dəqiqə qalmışdı, və dəvətli tamaşaçılar və jurnalıslər zala doğru axın etməkdəydi.
Nömrə ilə işarələnmiş oturacaqlarda yerlərini alan tamaşaçıların alqış səsi eşidildi. Pərdələrin açılması ilə.
Jurnalistlərin bəziləri əllərində ki qələmlə, bəziləri isə operatorun koməyi ilə lentə alırdı bu anları.
Zalın hər tərəfinə yayılmış fotaparatçılar isə özünə məxsus şəkildə ölümsüzləşdirirdi bu dəqiqələri.
Çox güman ki, sabah qazetlərin və jurnalların ön səhifəsində yer alacaqdı,bu günün qalib işdirakçısının adı.
Mikrofonu əlinə alaraq ilk öncə səsini tarazlaşdırmaqa çalışan aparıcı, boğazını kiçik öskürəklərlə təmizlədi. Üzünə verdiyi təbəssümlə başladı sözə.
Səhnənin arxasında digər işdirakçılarla bərabər əyləşən Sərxan içindəki həyacanı cılovlamaqa çalışdı.
Əyninə geydiyi tünd göy rəngli smoking isə onun tünd xasiyyətini qabarıq şəkildə göz önünə səpirdi sanki.
İki gün əvvəl keçirilən seçimlərdən sonra bu gün qalib təyin olunacaqdı.
İlk başlarda istəksizcə , dosdunun təkidi ilə qatıldıqı yarışmada iştirak etmək, onun üçün əhəmiyətsiz olsada. Yekun qərar onu bu gün hətdən çox həyacanlandırmışdı.
Aparıcının arxasında görünən "iyirmi"yə yaxın rəsimlər arasında Sərxanında ağ kətan üzərində işlədiyi göz oxşayan bir rəsim yer almaqdaydı.
Rəsimi digərlərindən fərqləndirən, onun ağ qaradan ibarət olmasıydı.
''Gənc bir qızın yer aldıqı portret"
Qızın dodaqlarına qonmuş gülüşü onu dünyanın ən xoşbəxt adamı kimi göstərsədə , gözlərindəki kədər onu dünyanın ən bədbin adamına çevirirdi.
Xoşbəxliklə - bədbinlik arasında çox incə bir xətt hiss edilirdi rəsimdə.
Pəncərə önündə duran qızın zərif çiyninin üzərindən sıx ağaclar əkilmiş çəmənlik görünürdü.
İşdirakçılar bir-bir səhnəyə dəvət edildi və yekun qərar çox keçmədən açıqlandı.
Üçüncü-ikinci və birinci yerlər səbirsizliklə öz sahiblərini gözləyirdi.
Səhnəyə çıxarkən dostunun ön sıralardan birində əyləşdiyini görməsi Sərxanın təəccübünə səbəb olsada,bir o qədərdə sevindirmişdi onu.
Vacib bir iş görüşməsi olduqunu təkidlə söyləyən Süleyman üzürxaxlıq edərək, bu yarışmada onun yanında ola biməyəcəyini desədə , son anda qərarını dəyiştirmişdi.
İş görüşünü təxirə salaraq əvvəlcədən ona göndərilmiş dəvətnamədə ki, "Ön sıra , soldan ikincı oturacaq." da oturaraq dəvətli qonaqlar arasında yerini almışdı.
Çox keçmədən qaliblərin adı açıqlandı...
Üçüncü yeri "Təbiəti" əks etdirən portreti ilə gənc bir oğlan sahibləndi.
Bu onun üçün gözlənilməz olmüşdü, və kənardan müşahidədə asanlıqla seçilən həyacanına cavabdehlik daşıya bilməmişdi.
Əlindəki yazılı mükafatla, mikrofon qarşısına keçərək ürək sözlərini həyəcandan çətinliklə dilinə alaraq, jurnalistlərin suallarını cavablandırdıqdan sonra səhnənin pillələrindən enərək, ikinci sirada əyləşən ayləsiylə sevincini paylaştı.
Onu şanslılar siyahısından saymaq olardı. Rəssamlıqda ilk atdımlarını atmasına baxmayaraq, artıq tanınmış rəssamlarla yarışmaqdaydı.
Oğlanın qalibiyəti isə bir çox işdiraqçıların kinayəli baxışına səbəb olmuşdu.
İkinci yerin sahibi isə 'Yaşlı qadının tənhalıqı'nı əks etdirməyə çalışmışdı rəsimində.
Və ikinci yeri sahiblənməsidə " Bacardıqının" sübutu idi.
41 yaşında ki qadın özünə məxsus şəkildə irəlləyərək, içində ki sevincinin hətsiz dərəcədə izahedilməz olduqunu anlatmaqa çalışdı insanlara.
Qadının aldıqı sayca dördüncü mükafat idi və səhnədən enərkən çəkdiyi rəsimə nəzər yetirərək " İkinci " yerə deyildə
" Birinciliyə" layiq olduqu haqqında düşüncələr ağlını qurd kimi dəldi.
Jurnalislərin suallarını daha sora cavablayacaqını söyləyərək səhnədən endi.
Aparacının qəsdən uzatdıqı bu anların heyacanını,Sərxan dosdunun baxışlarında təsəlli tapırdı.
Son anda aparıcı yüksək səslə:
-Bu müsaqibənin qalibi Sərxan Mirzəyevv...
Təbrilklər...
Dəyə aparıcıda sonuncu kəliməsi ilə onu "Təbrik " edənlər sırasında ilk sırada adını yazmış olmuşdu.
Süleyman oturduqu oturacaqdan arxayınlıqla gülümsəyərək zaldaki kütləvi alqışlara qoşulmuşdu.
Sərxan digər sevinci hedsiz-hüdudsuz olan işdirakçılardan xeyli seçilirdi.
Solqun üz ifadəsiylə zalda ki, insanları nəzərdən keçirdi.
Nəmli gözləriylə gülümsədi insanlara.
Hərkəs Sərxanın nəmli gözlərinin şahidi olmuştu və bunu müzakirəyə ehdiyac bilmədən qalibiyyətin sevinc hissi ilə əlaqələndirmişdi.
Lakin Süleyman isə dosdunun saxda gülüşlərinə aldanmayacaq qədər yaxşı tanıyırdı 17 illik əsgər yoldaşını.
Dosduna baxaraq başını yuxarı aşaqı salladı.Üzünə " Hər şey yaxşı olacaq " ifadəsi verməyə çalışdı .
Sərxan dostunun bu hərəkətinə gülümsünərək cavab vermişdi.
Ama içində ki əksiklik , boşluq Süleymanın bir təsəlli edici hərəkəti ilə dolmamışdı.
Sərxanın fikirləri tam başqa bir insanın yanında məsgən salmışdı.
- Kaş yanımda olaydın - deyə pıçıldayaraq dediyi kəlimələr düşüncələrindən fəryad edərcəsinə səsli olaraq dilinə gəlmişdi.
Çılqın alqış səsləri Sərxanın mükafatı alaraq mikrofona yaxınlaşması ilə dahada yüksəlmişdi.
YOU ARE READING
Sərxoşun qızı.
RomanceHəyat bəzən insanı hərlədib - fırladıb elə bir nökdəyə gətirərki , aciz qalarsan o anda. *** Sərxan: Həyatının 36 ci baharını yaşayan Ünlü bir Rəssam. Və Məryəm: Oğlu Sərxanın keçmişdə bıraxdıqı səhvləri təkrarlamasından qorxan...
