Uşaq olanda hamımız böyüməyə tələsirik , elə ki böyüməyə başlayırıq problemlər çıxır qarşımıza , yalan danışan xəyanət edən insanlar tanıdığımız an böyüdüyümüzü hiss edirik və böyüdüyümüzə peşman oluruq , kaş yenə uşaq olaydıq uşaqlığımızın qədrini biləydik deyə düşünürük , amma ki artıq gecdi. Uşaqlıq illəri arxasına belə baxmadan getdi və bu gedişin dönüşü yoxdu..
Elə ki dostumuz olur sevinirik , düşünürük ki dostluğumuz daimi olacaq nə zaman nə də həyat bizi ayıra bilməz , belədə deyirlər " sən saydığını say gör fələk nə sayır " . Vaxt gəlir çox güvəndiyimiz dostumuz bizi aldadır , yalan deyir və s. Onda başa düşürük ki dost deyə bir şey yoxdu , sadəcə müəyyən bir müddət kimləsə dərdini paylaşmaq var . Bunu başa düşəndə tək qalmağa başlayırıq , əgər təkəmsə heç kim məni incidə bilməz deyə düşünürük . Bu zamansa "pessimist" adlandırılırıq, əvvəl bu sözü deyənlərə fikir vermirik və sonunda sırf bu sözdən bezdiyimiz üçün yalandan , üzdə insanlarla deyib gülürük , "mehriban dost" kimi görsənirik, bu "dostlarımız" artıq gündəlik taxdığımız maskanın bir hissəsinə çevrilir və özümüzdə zaman keçdikcə bu vəziyyətə öyrəşmiş oluruq . Sevmədiyimiz insanları sevirmiş kimi görsənmək , güvənmədiyimiz insanlara da güvənirmis kimi görsənmək artıq bizə çətin gəlmir . Axı biz böyümüşük , axı biz daha uşaq deyilik və heç kim bizi incidə bilməz , biz daha ağlamırıq. Halbuki necə incidildiyimizi özümüz çox yaxşı bilirik...
YOU ARE READING
Kaş. . .
Randomuşaqlara həmişə paxıllığım tutur , çünki ətraflarındakı hər kəs onları qarşılıqsız sevir , yalan nədi bilmirlər , kimsə xətirlərinə dəyəndə küsüb ağlayırlar , kimsə ağlama deyəndə qulaq asmirlar və olanları tezcə yaddan çıxarıb gülməyi bacarırlar. k...
