1896-cı ilin soyuq bir qış səhəri idi.Rusiya həmişə olduğu kimi bəyaz qarla örtülmüşdü.Şaxta qılınc kimi kəsirdi.Bu Rusiya iqlimi üçün adi bir hal olsa da, saatlarca qarın içində qalan balaca Anna üçün adi hal deyildi.Beş yaşlı bu zəif qızcığazın bütün vücudu şaxtanın təsirindən donmuşdu.Ana,ana,kömək elə,burda -aşağıdayam deyə anasını səsləməyə güc toplayan balaca Anna qarın içində huşunu itirdi.Bu vaxt cəbhədən tabutu gəlmiş,çarın ən məşhur zabitlərindən olan kapitan Sergeyevin həyat yoldaşı Mariya yol sürüşkən olduğu üçün dağdan aşmış arabının içindən sürünə-sürünə çıxaraq qızının səsi gələn səmtə doğru irəliləməyə başladı.Araba aşan zaman başı yüngülcə daşa dəyən Mariya huşunu itirmişdi,özünə təzəcə gəlməyə başlayanda qızının səsini esidərək səs gələn tərəfə sürünərək gedərkən tez-tez müvazinətini itirir,qarın üstünə uzanıb qalır,sonra yenə güc toplayıb irəliləyirdi.Nəhayət,Annanın araba sürüşüb aşarkən qayaliqlara çırpılaraq sınan qapıdan qayanın yanındakı bir daşın üzərinə yıxılıb qaldığı yerə çatdı.Qızının soyuqdan donaraq hərəkətsiz qalmış vücudunu qarının içərisindən çıxatmağa cəhd elədi.Əllərinin soyuqdan donmasına,baxmayaraq,qarın içində səssiz-səmirsiz yatan qızını xilas etmək üçün əllərini bir- birinə sürtərək qızışdırır,yenidən qızının üzərindəki qarı təmizləyir,biraz yenə əllərini qızışdıraraq qızını qarın ağuşundan almağı bacardı.Qızını bağrına basan ana qızının öldüyünü zənn edərək,hayqırmağa,göz yaşları tökməyə başladı,lakin anidən ağlına bir fikir gəldi və cəld başını qızcığazın sinəsi üzərinə qoyaraq onun ürəyinin hələ də döyündüyünü hiss etdi,O sağ idi.Ama vaxt itirmək olmazdı.Hər keçən saniyə onun orqanları soyuqdan donurdu,əgər biraz da soyuqda qalsaydı daxili orqanların donması nəticəsində qız həyatını itirəcəkdi....
Annagilin arabasının aşdığı qayalıq İvanovka kəndinin yağınlığında idi.Kənd camaatı qışda sobada yandırmaq üçün odun ehtiyatını yaxınlıqdakı Şam meşəsindən(bu meşədə ancaq şam ağacları olduğu üçün belə ad vermişdilər)kəsib gətirirdilər.Kənddəki evlərin hamısı taxtadan balaca daxmalar idi,kənddə demək olarki bir nəfər də olsun varlı şəxs yoxidi.Kəndlilər öz dolanışıqlarını saxladıqları inək,qoyun,toyuqlardan əldə etdikləri nemətlərnən idarə edirdilər.Evlər balaca olmasina baxmayaraq,şaxta güclü olduğundan gərək soba dayanmadan yanaydı.Qoca Semyon səhərdən axşamadək həyətdə odun doğrayır,yorulub əldən düşsə də evə girmirdi.Təqribən 65 yaşı olan yaşına baxmayaraq zirək,işləməkdən qorxmayan,mavi gözlü bu qocanın özündən beş yaş balaca,iri cüssəli,deyingən Nataşa adlı həyat yoldaşı vardı.Bütün peşəsi Axşamadək yazıq qocanın öz boşbağızlıqı ilə çərənlətmək idi.Neçə gündü çovğun olduğu üçün meşəyə gedə bilmədiyin odun qurtarmaq üzrəydi.Qoca Semyon Həm evə odun gətirmək,həm də arvadının boşboğazlıqlarını müvəqqəti də olsa eşitməmək üçün baltasını götürərək at arabasını hazırlayaraq Şam meşəsinə doğru yollandı.Qayalıqlara çatanda yolun buz bağladığını görərək qayanın aşağısındakı yolla qayanın ətrafına fırlanmaqla meşəyə getmək qərarına gəldi.Arabanı yenicə cığıra endirmişdik,'Kömək edin,kimsə yoxmu?'- deyə bir səs eşitdi.Cəld atı səs gələn tərəfə sürən qoca qarın icərisəndə hərəkətsiz oturaraq övladını bağrına basaraq ağlayan Mariyanı gördü.
Cəld qızı qucağına götürərək arabaya qoydu,daha sonra Mariyanı da arabaya mindirdikdən sonra vaxt itirmədən atını mahmızlayaraq arabanı sürətlə evə doğru sürdü.....
