- İndi artıq 45 yaşındayam.Çox şükür sarılmış yaralarım var bu yaşımda...Nə bilim,eh,amma bir gün yenə yolum düşər o küçələrdən ... " Canımıza köz qoyan mənzərələr də olar , əlbət ... " Adım deyə soruşacaq olarsanız , İsmət... Üzünüzdəki təbəssümün fərqindəyəm.Atamgil o zaman oğlan olacağımı düşünmüşlər . Mən qız olaraq doğulsam da arzularını həyata keçirmək üçün məndən başlamışlar.Elə bu yaşıma qədər də məndən başladılar bütün işlərinə...Nəysə, iki Allahın payı balalarım var , sizə qismət... Biri 23 yaşında , digəri 16.. Aytən və Ayşən. Bəzən o qədər çətin olur ki " Ana , uşaqlığından bizə danış " dediklərində boğazımda düyümlənən o ağrıdan xilas olmaq....Nəfəsim kəsilir , son gücümü toplayıb bardağı alıram əlimə. " Qoyun , çay qoyum da , içək... " Belə sıyrılmaq olmur işin içindən bəzən.Ürəyim qopur ki , dahasını soruşarlar.Belə yaşamaq çox çətin.Çətin... Çətinliyini başa düşmək belə çətin olur ,bilirəm .Yaşamayan anlamaz deyərlər ki , hanı ? Necə izah etsəmm ,, mmm ,,, Sanki eyni anda 64 iynəni ardı-ardına əlinizə batırırlar.Ya da hər gecə ölməyi gözə alarkən sabah yenidən oyanmaq...Çətin olur , ehhh , çətin...
