We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

1

5 0 0
                                        

Həmişə ki kimi, heyvanlarımla birlikdə gəzirdim. Həyatımda onlardan başqa nəyəsə sahib olmamışam. Bu çöl mənim evim idi. Valideynlərim olmayıb. Məni Tanrılar yaradıb və bu çöllərə atıb. Niyə yaradıblar,niyə çöllərdəyəm özüm də bilmirəm. Sorğulamaq mənim kimi insana bənzəməyən , heyvan qırıntısının edə biləcəyi bir şey deyil. Buna haqqım yoxdu.

İnsana bənzədiyimi düşünmürəm. Onları bəzən bulaqlarımın başında suyumu oğurlayarkən görürəm. Onlar kimi cılız və tüksüz deyiləm.Təxmini bir insan boyu öküz boyuna bərabərdir. Mən isə öküzlərimə üstdən baxıram.
Bəzən isə əlimi bədənimdə gəzdirəndə dərimi sığallaya bilmirəm. O insanların dərilərinin rəngini ilk görəndə qəribsəmişdim. Amma təsadüfən əlim ocaqda yananda səhərisi gün mənimdə dərim onlarınkına bənzəyirdi.

Heyvanlara bənzəmək üçünsə çox dikəm. 2 ayağı üzərində gəzən heyvana indiyə kimi rast gəlməmişəm. Amma digər bədən üzvlərim demək olar ki,heyvanlarımla bənzəyir. Bunlar bir qırağa dursun. İnsanlarla heyvanların bir ortaq nöqtəsi var: cütləşmə. Mən buna görə heç bir yerə aid ola bilmirəm. Buralarda ərsiz qadın tapmaq imkansızdı. Hansı ağlı başında olan qadın heyvanabənzər Enkidunun qorxusundan bu çöllərə gələr ki? Düz bildiniz. Heç kim.

Buzovlarnan oynadığım vaxt qarşıdan birinin bura tərəf gəldiyini gördüm. Deyəsən çöllərimə ova gələn ərlərdən birinin arvadı idi. Amma yanında heç bir əri görə bilmirdim. Bir qadının burda nə işi ola bilər deyə ağlımnan keçirtdim.
Həyatım boyunca 10-dan artıq qadın görməmişdim.Gördüyüm qadınların da bədəninin böyük hissəsi bağlı olardı. Onları açıqda qalan hörük saçlarından və ya incə əllərindən tanıyardım. İlk dəfədir ki, bu qədər çılpaq qadın görürdüm. Qadın yundan hörülmüş ,qolsuz,sinəsi açıq tunik geyinmişdi. Şiş sinələrini burdan da görə bilirdim. Mənim sinəm də şişdi amma bu qədərini ilk dəfədi gördüm.Ayaqları süd kimi ağappaq idi. Çox az tük görünürdü. Tükü az olan insanları həmişə qısqanmışam.

Mən qadın haqqında düşüncələrə dalarkən isə o mənim dibimə girmişdi:
- Hamının qorxduğu o igid Enkidu sənsən?

b.eStories to obsess over. Discover now