Lord Huron – The Night We Met
Sea - Bts
Lost on you - LP
12 avqust, 2023
Mən həmişə qorxurdum. Qaranlıqdan yox, təklikdən də yox. Sadəcə, unutmaqdan.
İnsanların "unutmaq" dediyi şey mənə həmişə qəribə gəlmişdi. Necə yəni unudursan? Bir vaxtlar hər gün səsini eşitdiyin adamın səsini necə unudursan? Birlikdə saatlarla güldüyün insanın gülüşü necə yadından çıxır axı?
Mən istəmirdim.
İstəmirdim ki, Muradın kamerasının çıxardığı o "çıt" səsi bir gün beynimdən silinsin.
İstəmirdim ki, Nicatın ən gərgin anda belə hamını güldürməsi adi bir xatirəyə çevrilsin.
İstəmirdim ki, Ayazın göyə baxarkən gözlərinin necə sakitləşdiyini unudum.
İstəmirdim ki, Turalın kobud danışığının arxasında gizlətdiyi mərhəmət itib getsin.
Əlinin əllərində həmişə boya ləkəsi olduğunu...
Orxanın müəllimlərdən əvvəl sualın cavabını tapmasını...
Heç birini itirmək istəmirdim. Çünki zaman qəribədir. O, heç vaxt səndən icazə almır. Bir gün gəlir və sənə ən çox sevdiyin günləri "keçmiş" adlandırır. Mən buna imkan vermək istəmədim. Nostalgianın bir gün məni öldürəcəyini bilirdim. Ona görə yazmağa başladım. Bəlkə də bir gün bu gündəliyi açıb oxuyanda həmin yayı yenidən yaşayardım. Bəlkə də o zaman anlayardım... Belə dostlar hər zaman hər yerdə olmur...
Daha sonra pəncərədən çölə baxdım və gələn maşına gülümsədim.
15 sentyabr, 2015
İnsan səhərlərin ömrünü dəyişəcəyini bilsəydi, yəqin ki, o səhər bir az daha gec qalxardı. Mən bilmirdim. Mənim üçün bu, sadəcə yay tətilinin bitdiyi, yenidən məktəb formasını geyinəcəyim adi bir bazar ertəsi idi. Günəş işığı dəyən böyük portağal ağacının canlı yaşıl rəngləri günəşlə qarışıb uzun şüşə pəncərəmdən içəri düz gözümə vururdu. Gözümü açdım və pəncərədən çölə baxdım. Sonra ədyalı üstümə biraz daha çəkib üzümü günəş işığı vurmayan tərəfə çevirdim. Anamın səsi həmişə zəngli saatdan tez oyadırdı məni. Qapının açılma səsindən elə dünyalar qədər sevdiyim anam olduğunu başa düşməyim çətin olmadı.
— Atilla...
Səsini elə yavaş çıxarırdı ki, adam yenidən yuxuya getmək istəyirdi.
— Oğlum, dur. Məktəbə gecikəcəksən.
Gözlərimi açmadan gülümsədim.
— Beş dəqiqə...
— Sən o "beş dəqiqə"ni keçən il də demişdin.
Bu dəfə atamın səsi gəldi.
— Qoy yatıb qalsın. İlk gündən direktora yaxşı təsir bağışlasın.
Anam gülərək:
— Hə, sonra da direktor desin ki, bu uşaq məktəbi evindən idarə edir.
İkisi də güldü.
Mən də istəmədən gülümsədim. Ədyalı bir az da başıma çəkdim. Əslində qalxmaq istəmirdim. Yox, məktəbdən zəhləm getdiyi üçün yox, sadəcə yayın bitməsi adamın içinə qəribə bir boşluq salırdı. Sanki üç ay ərzində öyrəşdiyin həyat bir gecənin içində əlindən alınırdı.
YOU ARE READING
Bir Yay Boyu.
FanfictionDəniz hər axşam eyni dalğaları gətirirdi. Biz isə hər gün bir az da dünənə çevrilirdik.
