Ayrılan diyarlar...

4 1 0
                                        

Yağışın səsi hər şeyi basdırmışdı. Sanki dünya susdurulmuş, yalnız göy danışırdı. Ares kəsilmiş nəfəsi ilə sərin havanı içinə çəkdi — boğazı yandı, amma ağlındakı ağrı daha kəskin idi. Üç gün əvvəl yarımçıq qalan bir vida vardı. Üç gün əvvəl Ren yox olmuşdu.

İnsan itməz belə. Sadəcə buxarlanıb havaya qarışmaz. Ares buna inanmaq istəmirdi — amma onu son dəfə gördüyü an beynində sanki ildırım  çaxdı. Ren qaranlıq küçə boyunca qaçarkən arxasında işıq çaxdı, hava sanki iki qat yarıldı… sonra Ren yox oldu. İzi, səsi, nəfəsi... geridə yalnız Aresin çırpınan ürəyi qaldı.

Bu gecə Ares yenə həmin məhəllədə idi. Eyni asfalt, eyni yağış, eyni qaranlıq. O an başa düşdü ki, bu səssizlikdən daha qorxulu bir şey var — yenidən səs eşitmək.

Birdən, havada qəribə səs yayıldı. Sanki hava parçalanırdı — eynilə o gecə kimi. Aresin ürəyi sinəsində sıxıldı, ayaqları yerə mıxlandı.

O boşluğa baxdı və… o yenidən yarıldı. Qaranlıq yırtıldı və içindən işıq süzüldü. Ares geri addım atdı, amma gözlərini çəkə bilmədi — sanki bir qüvvə onu yaxınlaşdırırdı.

İşığın içindən biri düşdü. Nəm paltarlı, dizləri asfaltı cırdı, nəfəsi titrədi.

Ares kölgəni tanıyanda hər şey dayandı.

“...Ren?”

Ren başını qaldırdı — gözləri sanki başqa səmanın parıltısını daşıyırdı. Yarı yaş, yarı qırılmış, amma hələ də eyni idi. Eyni baxış, eyni səs… və gözlərində dərin bir uçurum.

Ren güclə nəfəs aldı.
Sözləri sanki boğazından qoparaq çıxırdı:

“Mən... geri dönməməli idim.”

Ares yaxınlaşdı, amma Ren əlini uzadıb onu dayandırdı. Aresin qəlbində nə baş verdiyini adlandırmaq mümkün deyildi — qorxu, sevinc, təlaş, yenidən itirmə qorxusu bir yerdə boğuşurdu.

“Sən? Nə baş verdi? Mən… səni öldü bilirdim.”

Ren bir anlıq susdu, gözlərini Aresin gözlərinə kilidlədi — o baxış iki kainat arasında körpü kimi idi.

“Ares… mən orda idim. Sənin dünyanda. Və o da  gəldi mənimlə bura.”

Hava dəyişdi. Sükut kəsildi.
Arxadakı qaranlıq portal yenidən titrəyərək açıldı — bu dəfə içindən gözə görünməyən bir nəfəs, ağır bir varlıq hissi süzüldü.

Ares irəli bir addım atdı.

Ren pıçıldadı:

“Getmə. Bu dəfə birlikdə döyüşməliyik.”

Aresin ürəyi və ağlı bir birinə qarışdı.

Çünki Ren geri dönmüşdü.
Amma tək deyildi?

Ares&Ren: Geri dönüşStories to obsess over. Discover now