2017. Yanvar
Həsrətin valideynləri gedəndən sonra Leylan və Həsrət birlikdə stolu yığdılar. Qabları Həsrət özü yudu.
-Sən get otağa, bir az dincəl,- Həsrət qabları yuduqdan sonra Leylana çevrildi.
-Atangil mənim kim olduğumu bilmir, deyəsən.
-Leylan! Xahiş edirəm səndən, bu mövzuları açma.
-Mən nəsə demirəm ki. Atan evlilik adı çəkəndə sən öz üzünü görməli idin.
-Nə var idi ki üzümdə?
-Qorxdun sanki.
-Heç kəs məni istəmədiyim şeyə məcbur edə bilməz, Leylan. Sən səhv anlamısan. Mən qorxmamışam. Həm də burada qorxmalı nəsə yoxdur.
-Mən demədim ki, səni məcbur edəcəklər. Sən sadəcə o anı canlandırdın sanki beynində. Bu düşüncə səni ürkütdü. Mənim sənin arvadın olacağım düşüncəsi...
-Sən mənim arvadım olmaq istəyirsən?
-Mən elə söz dedim məgər? Mən o mənada demədim. İstəmirəm, əlbəttə. Mümkün olan şey deyil.
-Niyə mümkün olan şey deyil?
-Sən çox yaxşı bilirsən. Nə isə mən yatmağa gedirəm,- Leylan getmək istəyəndə Həsrət onun önünü kəsdi,- Həsrət qabağımdan çəkil də. Yatmağa gedirəm.
- Niyə mümkün deyil. İstəməzdin mənim arvadım olmaq? Bir ailə olmaq istəməzdin mənimlə?- Leylan baxışlarını Həsrətə zilləsə də, heç nə deyə bilmədi. Gözləri dolduğu üçün başını aşağı saldı. Getmək istəyəndə Həsrət imkan vermədi. Leylanın başını qaldırdı. Leylanın gözləri dolmuşdu. Özündən ixtiyarsız yaş gözündən süzüləndə yenidən getmək üçün cəhd göstərdi. Həsrət onun qolundan tutub özünə tərəf çəkdi və qucaqladı,- istəməzdin demək?
-Bilirsən ki, belə şey olmayacaq. Niyə belə suallar verirsən mənə. Məni incitmək xoşuna gəlir?- səsi qəhərdən boğuq çıxırdı. Özünü saxlaya bilməyib hönkürdü.
-Yaxşı, Leylam, sakitləş,- Hələ də Leylanı sinəsinə sıxmışdı,- Atama dediklərim qəlbinə toxunub sənin?- Leylan daha içdən ağlamağa başladı. Həsrətin bunu hiss etməsi Leylanı utandırmışdı. İstəmirdi ki, Həsrət Leylanın onunla evlənmək istəməsini bilsin. Leylan bunu heç özünə etiraf etmirdi. Edə bilmirdi. Həsrətin bunu hiss etməsinə, anlamasına ürəyi tab gətirməzdi,- Atam elə deyəndə mən səni düşünüb dedim, nə dedimsə. Sənin öz qərarın olmalı idi. Atamın bu işə müdaxilə etməsini istəmədim. Səhv anlama məni. Sən mənim üçün çox dəyərlisən. Bunu ,yəqin ki, bilirsən,- Leylan susmağa üstünlük verdi. Həsrət, doğrudan da, dəyər verirdi Leylana. Bəlkə də, sadəcə vicdanı sızıldadığı üçün indi Leylana kömək edirdi. Bunun sevgi ilə əlaqəsi yoxdur.
***
Dostları zəng edib Həsrəti çağırmasa, yatıb dincəlmək istəyirdi. Amma dostlarının israrı ilə yerindən qalxıb çıxmaq qərarına gəldi. Leylanla bayaqkı söhbətlərindən sonra Leylan da otağına çəkilmişdi. Həsrət otağından çıxanda Leylan salonda oturub telefonda nə isə izləyirdi.
-Elə bildim, yatmısan.
-Yox. Gözümə yuxu getmədi.
- Mən gedirəm. Evə bir az gec gələcəm.
- Hara gedirsən ki,- verdiyi sualdan dərhal peşiman oldu,- Üzrlü say. Məni əlaqədar edən bir şey deyildi,- deyib başını aşağı saldı və telefonu əlinə alıb özünü məşğul kimi göstərməyə çalışdı.
-Dostlarımla çıxıram. Bir şeylər içəyik. Sən rahatına bax. Mən də bir azdan gələcəm.
-Yaxşı,- Həsrətin kiminləsə görüşə getmə ehtimalını düşünməkdən özünü saxlaya bilmədi. Qısqanclıq ürəyini yeyib-bitirsə də, buna haqqı olmadığını bilirdi. Həsrət ona bu qədər vaxt yaxın durmamışdı. Bunu düşündüyü üçün özündən utandı. Bu qədər olanlardan sonra hələ də Həsrətin ona toxunmasını, öpməsini istədiyi üçün özünə acığı tuturdu. Amma onun üçün darıxdığını da inkar edə bilmirdi. Bu qədər il keçmişdi, amma hələ də Həsrətin yanında həyəcanlanırdı, özünü həmin məktəbli qız kimi hiss edirdi. Amma Həsrət onu əsla qəbul etməzdi. Onun kirlənmiş bədəni artıq Həsrətin diqqətini çəkmirdi.
ŞİMDİ OKUDUĞUN
Gecikmiş gələcək
RomantizmLeylan doğulduğu andan qız olduğu üçün atası tərəfindən istənilmədi. Nənə və babası tərəfindən böyüdülən qız illər sonra onların ölümü ilə yenidən ata evinə dönmək məcburiyyətində qaldı. *** -Həsrət, amma babat qızlar var ha. Bir ora bax?- deyərək...
