2020-ci il.
Yeni evə köçməyə hazırlaşırdıq.O zamanki,ev,məhlə illərlə orada yaşamağıma baxmayaraq,mənə çox yad idi.O evdə,çox az xoş xatirələr var idi.
Və bir gün,öz evimizə sahib olma vaxtı gəlib çatdı.Yeni ev,yeni məhlə,yeni insanlar tam mənim istədiyim şey idi.
Əşyalarımızı evimizə daşıyırdıq,qardaşım ağır olanları,mən isə nisbətən yüngül əşyaları daşıyırdım.Əşyaları daşıyarkən, məhlədəki uşaqlarda gözə çarpırdı.Ama,onların içərisində biri,daha çox diqqətimi çəkmişdi.Məndə onun diqqətini çəkmiş olmalıyam ki,oda mənə baxırdı.Bir müddət gözlərimizi bir birindən ayırmadan,bir birimizə baxdıq.
Qumral,qıvırcıq,və mənə görə uzun boylu bir oğlan idi.Daha sonra,hər ikimizdə gözlərimizi ayırdıq,yolumuza davam etdik.
Burada,çox az qız var idi, məhlədəkilərin çoxu oğlan uşağı idi.O qızlardan biri də, qonşumuz idi.Anası ilə anam qısa zamanda, həmsöhbət olmuşdu.
Mən və qardaşımda həmçinin.
Artıq üçümüz çölə çıxırdıq, gəzirdik, oynayırdıq.
Yenə bir gün üçümüz çöldə oynayırdıq,və yenə onu gördüm, gözlərini məndən ayırmadı,məndə elə.Baxışdıq,ama daha sonra həmişəki kimi, gözlərimizi ayırmalı olduq.
Biz oynayarkən,o dostları ilə yanımızda kruq vururdu.
Belə belə günlər keçdi,hər çölə çıxanda onu görürdüm.Qonşumuzun qızı məni çağıranda,oda adımı eşitmişdi.
Yanımızdan bəlkədə,10 15 dəfə keçmişdi həmin gün.Daha sonra məhəllənin başında dayanıb, dostlarının yanında divara nəsə yazdığını gördüm,ama çoxda fikir vermədim.Qonşumuzun qızı, uşaqlıqdan burda qalırdı.Onuda tanıyırdı,ondan adını soruşdum.
"Yusif" adı belə,məni özünə cəzb etmişdi.
O vaxtlar 13-14 yaşım olardı,uşaq ağlımla hər gün onu fikirləşirdim,qəlbimdə ona qarşı olan hisslərimi anlamağa çalışırdım.
Bir gün məktəbə gedəndə,onun divarda yazdığı yazını gördüm.Adımın baş hərfini yazmışdı, ürək içərisində.
Elə həyəcanlanmışdım ki..
Ama heçnə edə bilməmişdim..
Onunda o vaxtlar 14-15 yaşı olardı.
Daha sonra, haçan çölə çıxsam onu gördüm,o mənə baxdı,mən ona baxdım.İkimizdə susduq,daim susduq.Heçnə demədən,bir birimizə baxdıq..
Bu səfərdə məhəllənin aşağısındaki divara adımın baş hərfini yazmışdı..
Günlər,aylar,illər keçdi,ama mənim ona olan hisslərim heç zaman dəyişmədi.
Onunda mənə qarşı hissləri var ya yox tam əmin olmasamda,hiss edirdim ki,hisslərimiz qarşılıqlıdı.
Biz hələdə baxışırıq,hələdə susuruq.
Ama həyat qısadır,səhər nə olacağını, başımıza nəyin gələcəyini bilə bilmərik.
Ona hisslərimi açıqlayacam,nə olur olsun.Uşaq ağlımla,ona yaranan hisslərim,bu yaşımda belə daha da dərinləşir..
İlk fürsətdə ona hisslərimi etiraf edəcəm.
Bunları heçkimə ətraflı danışmamışdım,biraz içimi tökməyə ehtiyacım var idi.
Səni hələ də sevirəm Yusifim.
İnşallah bir gün, bütün bunları səndə eşidəcəksən 🤍
04.15
