Ağır çamadanları daşımaq sizə asan iş kimi görünməsin. Nəzərə alsaq ki, onlar 2 həftəlik səyahət turu üçün yığılmamışdılar.
13 yaşlı, hələ məktəbdə oxuyan bir qızcığaz ömrünün geri qalanını davam etmək üçün bu ucqar, səssiz kəndə köçməli olur. 3 ağır yükü səssizcə daşıyıb yanından keçənlərə baxır.
Valideynlərinin ani ölümü ilə nənəsi və babası ilə yaşamağa məcbur edilən bu qız onların ölüm səbəbini belə bilmir. Səhər yeməyini yeyir, anasının "dərsdə diqqətli ol" moizəisini səbrlə dinləyir və şən halda məktəbə yollanır. Məktəbdə oxumadığı dərsə cavab verməsi üçün onu lövhəyə qaldırmırlar, bütün tənəffüs dostları ilə söhbət edir, gülür. Çıxışda heç onlarla sağollaşmır da. "Onsuz da sabah yenə görəcəyəm"- deyə keçirir içindən. Geri qayıdanda yaxındakı mağazadan çips alır və qulaqlıqlarını taxaraq musiqi dinləməyə başlayır. Necə deyərlər, ən xoşbəxt günlərindən birini keçirir.
Məhəlləyə girəndə isə evlərinin önündə yığışan insanları görür. Bu gün ailə üzvlərindən heç birinin ad gününün olub-olmadığını xatırlamaq üçün tarixləri gözünün önünə gətirir. Xeyr. Bəs bunlar kimdir? Sakitcə aralarına girərək onlara baxır. İnsanların arasında ,nəhayət, tanış simalar görür. Üzlərindəki dəhşət və qorxu qarışıq ifadə onu da narahat edir. Çətinliklə də olsa xalasını tapır. Ona yaxınlaşıb xalatının ucunu dartır:
"Xala, nolub? Niyə ağlayırsan?"
Bunu deməsi ilə də hamı ona tərəf çevrilir. Kimisinin ağlaması şiddətlənir, kimisi "Yazıq uşaq" deyərək yanındakı ilə pıçıldaşır. Bəziləri ona yaxınlaşmaq üçün addım atır, amma sonra fikrini dəyişib geri çəkilir. Qapının önündə dayanmış 2 hündür, cüssəli kişi isə qapını çırpıb örtür. Qapının üzərindəki quş caynağına bənzər izlər qızın gözündən qaçmır.
"Balam mənim, canım mənim, gəl xalanın qucağına" - deyə xalası onu bağrına basır. Adi vaxtda olsa paltarına su damcısı belə düşəndə tez silən qız, indi xalasının göz yaşları ilə qarışıq makyajının yeni yuyulmuş məktəb formasının çiynini bulamasına tamaşa edir. Maraq və Mərhəmət öz aralarında yarışır və Mərhəmət qalib gəlir. Alyona heç bir sual vermədən əlini xalasının kürəyinə qoyub yavaşca sığallayır. Xalasının daha bərkdən ağlaması qızın gözlərini doldurur.
O artıq təxmin edir. Amma təxminin yanlış çıxması üçün dua da edir.
Həyatında 1 ya da 2 dəfə gördüyü, atasının bibisi olduğunu güman etdiyi qadın ona yaxınlaşır, başını sığallayır. Məktəb çantasını kürəyindən dartıb çıxarır və kənara qoyur. Xalası nəhayət ondan ayrılır və Alyonanın üzünə baxır:
"Körpəm mənim, a-axı sən hələ çoox balacasan. Sənin anan və atan artıq yo-"
Cümləsini tamamlamağa gücü çatmır, bu dəfə yerə yıxılır,əlini üzünə örtür və hönkürərək ağlayır.
Alyona şok və kədər ilə ona baxır. Beynində heç cürə bunları sığışdıra bilmir. Necə yəni, hər gün ona yemək hazırlayan, hər xəstəliyində gecə bir anlıq da gözünü yummamış, dərslərini oxutduran, ağlayanda ağlayan, güləndə gülən, gülüşündə min günəşi sığdıran qadın daha yoxdur?
Onu hər gün məktəbə aparan, velosiped sürməyi öyrədən, qəzetdə krassvord işlətdirən, balıq tutmağa aparan, arxası-dayağı olan insan daha yoxdur?
Bəs bunlar hansı bəlaya düçar olmuşdular ki, ikisi də bir anda dünyadan köçmüşdü? Hansı xəstəliyə tutulmuşdular ki, Alyona simptomları anlamamışdı? Hansı maşınla qəza törətmişdilər, axı onların maşın almağa pulu belə yox idi. Qazın hansı gözünü açıq qoymuşdular ki, mətbəxləri partlaşıyla havaya uçmuşdu?
Beynində fırlanan bu düşüncələrlə hiss etmədən qapının ağzında yerə oturdu. Artıq ətrafını sarmış insanlar ona daha böyük görünürdü. Üzlərindəki dəhşətli ifadə daha vahiməli, kədər dözülməz bir hal almışdı. Alyonaya elə gəlirdi ki, insanlar onun ətrafında əl-ələ verib dövrə vururlar. Yəqin, bu ani şokun nəticəsidir. Balaca uşaq beyni isə bu şoku
qəbul edə biləcək gücdə deyil və-...
..Bum.
Alnındakı kompresdən axan bir damla su soyuqdan yara olmuş dodağına dəydiyi an Alyona yanma hissi ilə oyanır. Valideynlərinin gülümsəyən siması gözünün qabağından getmir və sanki, gerçəyi şaxta kimi üzünə çırpır.
Anası və atası artıq yox idi.
Soruşmaq istəsəniz ki, Alyonaya nolub, bəli, düz təxmin edirsiniz, o baş verənləri beynində toplaya bilməmiş və qapının ağzında özündən getmişdi. Xalası qışqıraraq kənara çəkilmiş, əmisi isə onu qonşunun evinə qədər daşımışdı.
Tanış olmadığı bu otaq qırmızının ən isti tonu ilə dizayn olunmuşdu. Alyona çox güclü qusmaq istəyini bu rəngin iyrəncliyi ilə bağlayır və üzərindəki yorğanı qırağa çəkir. Kamodun üzərindəki bir stəkan ilıq suyu içib bitirdikdən sonra ayağa qalxır. Qapıya yaxınlaşanda qapının çöldən kilidli olduğunu görür.
Ancaq qızı ən çox təəccübləndirən qapının arxasındakı insanların pıçıltıları idi.
"...Tanrı xatirinə Liza, belə etmə. Biz söz veririk ki, bu sirri sonuna qədər saxlayacayıq. Problem çıxarmağa ehtiyac yoxdur."
"Hə. Hə. Mən nə deyirəm ki. O zaman.."
Alyona ani olaraq qapını açmaq üçün həmlə edir. 2 3 dəfə ard-arda qapı qolunu aşağıya çəkir. Dikdabanlı bir qadının qapı kənarından uzaqlaşma səsi aydın şəkildə eşidilir. Nəhayət, qapı açılır və ardında durmuş xalası ona gülümsəyərək baxır. Maskarası bütün sifətinə yayıldığından və qan toplamış gözlərindən neçə saatdır dayanmadan ağladığı görünürdü. Alyona əhəmiyyət vermir və soruşur:
"Liza xala, nə sirrindən danışırsınız? Anamgil niyə ölüblər? Bura haradır?"
Xalası anidən dəyişir. Qaşları çatılır, ciddi görkəm alır və cavab verir:
"Bu uşaqların maraqlanmalı olduğu bir şey deyil. Sirr məsələsinin də buna aidiyyəti yoxdur."
Sonra çox sərt olduğunu düşünüb səsini incəldərək:
"Çox təəssüf edirəm Lenoçka. Amma narahat olma. Nənən ilə babanın yanına yaşamağa gedəcəksən. Düşünürük ki, beləsi daha yaxşıdır. Düzdür, kənd biraz uzaqdadır, amma biz səni görməyə gələcəyik .Əşyalarını yığmağa başlasan yaxşı olar."
"Bir dəqiqə. Bəs mənim məktəbim, bəs dostlarım? Olmaz ki, mən ya səninlə, ya da bibigildə qalım?"
"Bax balam, vaxtımız azdır"
Ətrafa boylanıb heç kimin burada olmadığına əmin olduqdan sonra:
"Sənə bir şey desəm, onu heç kimə demərsən ki?"
"Yox xala, nə danışırsınız. Məndən söz çıxmaz "
"Yaxşı.. Sən burada qalsan. Çox təhlükəli olar yaxşı? Olmaz yəni. Qətiyyən olmaz. Hamımız üçün. Əsas da sənin üçün."
Alyona ağzını açıb sual verəcəkkən xalası sözünü kəsir:
"Artıq bəsdir. Məndən heç nə soruşma. Mən danışmayacam. Əşyalarını yığ , balam mənim. Səni qatarla yola salacayıq."
****
Olanları sürətlə gözünün önündən keçirir və yaxınlıqdakı skamyada əyləşir. Əlləri yorulmuş, ayaqları taqətdən düşmüş vəziyyətdə sakitcə köksünü ötürür. Bir vaqonda getdiyi ailənin 4 aylıq körpəsi dayanmadan ağladığından yuxusuz olduğunu da nəzərə alsaq bu yəqin ki, onun ən bədbəxt günlərindən biri idi. Nənəsi və babasının onu nə vaxt gəlib götürəcəyi belə məlum deyildi. Əlinə verilmiş bu "knopkalı" telefonda heç kimin , o cümlədən nənəsinin və babasının nömrəsinin qeyd olunmaması təsadüfdür?
Təsəvvür edin, bir ucsuz-bucaqsız səhrada tək-tənhasınız. Bu zaman ayaqlarınızın altına diyirlənən su matarasını görürsünüz və Tanrıya nə qədər mərhəmətli olduğuna görə təriflər yağdırmağa başlayırsınız. Açıb başınıza çəkəndə mataranın boş olduğunu görürsünüz və o an ki çarəsizliyiniz sizi içdən içə öldürür.
Yaxud qazla dolan otağı ələk-vələk edib açarını tapırsınız. Qıfıla saldığınız an açarın qırıq olduğunu görürsünüz. Qaz sizi daha ağrılı və daha əziyyətli öldürəcək, çünki finish-ə bir addım qalmış start-a qayıdırsınız.
Bu misalların telefonla olan əlaqəsini özü də qura bilmir. Amma çarəsizliyini çatdırmaq üçün çox uyğun misallar olduğunu düşünür qızcığaz..
_______________________________________
Salammm men Nika. Bu hekaye Dmitriy Mordasin " Зайчик" eserinden goturulub. Yeni sujet xettini gorduyunuz kimi deyisirem (ilk bolumden valideynlerini oldurdum.. ahdhsh )
-🦔
ESTÁS LEYENDO
Dovşan Balası
TerrorQışın oğlan çağında ucqar bir kənddə azyaşlı uşaqların bir-bir itməsi kənd sakinlərini vahiməyə salmışdı. Bu işi açmaq üçün polislər gecə-gündüz evləri gəzir, sorğu əsasında manyakı görən olub-olmadığını araşdırırdılar. Şamanlar, çoxbilmiş qarılar...
