AZ sənətşünaslıq elminin ilkin mənbələri

Start from the beginning
                                    

Sadiq bəy Əfşar1533-cü ildə Təbrizdə Əfşarlar tayfasından olan adlı-sanlı sərkərdə ailəsindəanadan olmuşdur. Uşaqlıqdan hələ Təbrizdə olarkən ədəbiyyatı və incəsənətisevmiş, şer yazmaq və rəsm çəkməklə maraqlanmışdır. Gənc ikən Sadiq bəy yaxşıbaşa düşürdü ki, hər hansı bir peşə və ya sənət sahibi olmaq insan üçün əndüzgün yoldur. O, incəsənəti həyatının ən ali məqsədi hesab edir, "İncəsənətsizhəyat, həyat deyil" – deyirdi. Təsviri sənətlə gənc vaxtlarından tanış olsa da,sənətlə ciddi məşğul olmaq və rəssamlığın sirlərinə dərindən yiyələnmək, onun mənasınıdüzgün dərk edib başa düşmək üçün o, özünə ustad axtarır və çox istedadlı, məşhurrəssam Müzəffər Əlini seçir. Sadiq bəyin bacarıq və qabiliyyətini görən rəssamona rəngkarlıq sənətini öyrətməyə başlayır. Tezliklə şagird müəlliminin ümidlərinidoğruldur. Müzəffər Əlidən dərs aldığı 8 il ərzində (1568-1576) Sadiq bəy hərtərəflikamilləşərək öz dövrünün görkəmli rəssamlarından birinə çevrilir.

Sadiq bəyin müasirlərindənbiri olan Qazı Əhməd onun istedadı haqqında belə yazır: "Sadiq bəy Əfşarlartayfasındandır; rəssamlıq sənətində onun tayı-bərabəri yoxdur, indi ona şahınkitabdarı vəzifəsitapşırılmışdır, yaxşı şerlər yazır, onun çoxu qəsidə, qitə, qəzəlvə rübaisi vardır. Təsviri sənətdə öz fırçasının ecazkar gücü ilə insanı heyranedir. Cəsurluqda dövrünün igidlərindən heç də geri qalmır". Lakin belə coşqun həyatkeçirməsinə baxmayaraq o, mənən heç vaxt rəssamlıqdan əl çəkməmiş, nəhayət, busahədə böyük uğurlar qazanıb misilsiz rəsm ustası olmuşdur. Tükdən nazik fırçailə minlərlə valehedici portret çəkmişdir.

Qeyd edək ki, Sadiq bəyƏfşarın ədəbi irsi bədii irsinə nisbətən yaxşı saxlanmış və daha yaxşı öyrənilmişdir.Məhəmməd Əli Tərbiyət Sadiq bəyin bütün on ədəbi əsərinin siyahısını tərtibetmişdir. Bunlar arasında bizim üçün və ümumiyyətlə rəssamlığımızın tarixibaxımından çox qiymətli hesab edilən əsərləri "Qanun üs-süvər" ("Təsvirlərqanunu") və "Məcmə ül-xəvas" ("Seçilmiş toplu") adlı traktatlarıdır. Bu risalələrrəssamlıq sənətinin texnikasına yiyələnmək üçün praktik tədris vəsaitləri idi.

"Qanun üs-süvər" əsəri,hər şeydən əvvəl, ona görə qiymətli hesab edilir ki, rəssamlar və incəsənəthaqqında bu cür traktat bütün Yaxın Şərqdə nadir hissədir. Məzmun və formaetibarilə (o şerlə yazılmışdır) orijinal əsər olan bu traktat XVI-XVII əsr təsvirisənət təcrübəsi və nəzəriyyəsi haqqında bir çox qiymətli məlumatlarla zəngindir.Əsərdə miniatürçü rəssamların iş üslubu, ümumi metodologiyası şərh edilmiş,müxtəlif boyaların hazırlanması üsullarına dair reseptlər verilmiş, onlarınqarışdırılması qaydaları, qızıl və gümüşün əridilmə üsulları, təbii yollarlamüxtəlif metal oksidlərindən müxtəlif rənglərin və lakların hazırlanmasıqaydaları izah edilir. Traktatda rəssamların estetik fikirlərini əks etdirənparçalar xüsusilə böyük əhəmiyyətə malikdir.

Təbiəti incəsənətin əsasobyekti və rəssamın ən yaxşı müəllimi hesab edən, hər cür uydurmalarıağlasığmazlıq və havayı zəhmət sayan Sadiq bəy Əfşar incəsənətdə realistikprinsipləri müdafiə edir, rəssamları təsvir olunan naturanı təbii və həyati əksetdirməyə çağırır. Həqiqətə, realizmə sadiq qalmaq ("Sadiqi" təxəllüsü burdandır)rəssamın yaradıcılığının əsasını təşkil edir.

Sadiq bəy Əfşartraktatının giriş hissəsində yazır: "Təsvirçiliyin yolu ilə o qədər getdim ki,axırda surətdən mənaya yol tapdım" (32-ci beyt). Bu fikri belə başa düşməklazımdır ki, rəssam bu və ya başqa forma vasitəsilə müəyyən məzmunu açmağa müyəssərolmuşdur. Başqa sözlə desək o, konkret məzmunun ifadəsi üçün müvafiq formatapmağı bacarırdı, zahiri forma vasitəsilə təsvir olunan şəxsin daxili aləmini,onun psixoloji səciyyəsini əks etdirməyin yolunu bilirdi.

Azərbaycan sənətşünaslıqtarixinin öyrənilməsində Sadiq bəy Əfşarın ikinci əsəri "Məcməül-xəvəs"("Seçilmiş toplu") da müəyyən əhəmiyyət kəsb edir. O, 1599-cu ildə yazıb başaçatdırdığı bu əsərdə dövrün 400-dən artıq görkəmli şairlər, həmçinin rəssam, xəttatvə digər bədii yaradıcılıq ustaları haqqında bir çox qiymətli məlumatlarvermişdi.

Ömrünün son illərindəSadıq bəy İsfahanda saray kitabxanasının rəisi olmuş, əslində böyük elm və mədəniyyətmərkəzi olan kitabxanada rəssamlıq sənətinin, təhsilinin inkişafına dəstəkvermiş, həmkarları ilə birlikdə rəsm əsərlərini təhlil etmiş, bu mövzuda bəzənyüksək rütbəli saray xadimlərinin də iştirak etdiyi maraqlı elmi məclislər,mükalimələr qurmuşdur.

Dövrün digər görkəmlitədqiqatçısı Sadiq bəy Əfşarın müasiri olmuş Qazi Əhməd Qumi (1549-1606) idi.O, uzun müddət Səfəvilər sarayında xidmət etmiş, Orta əsrlər Azərbaycan mədəniyyətivə incəsənəti haqqında araşdırmalar aparmışdır. Qazi Əhməd Qumi "Xəttat və rəssamlarhaqqında traktat" (1596-1597) əsərinin müəllifidir. Qazi Əhməd Qumi "Xəttat vərəssamlar haqqında traktat"ında Orta əsrlərə dair olduqca maraqlı məlumatlarvermişdir. Belə ki, Budaq Qəzvini və Qazi Əhmədin Şərq xalqlarının məşhur xəttatvə rəssamlarından bəhs edən risalələrində yazdıqlarına görə, ustad BehzadHeratdan Təbrizə gələndə ustad Sultan Məhəmməd Şah İsmayılın kitabxanasında işləyirdivə onun oğlu Təhmasibə rəssamlıq təlimi verməklə məşğul idi. Beləliklə, QaziƏhmədin yazdığından aydın olur ki, Sultan Məhəmməd Behzad Təbrizə gəlməmişdən əvvəldə yetişmiş sənətkar kimi Şah kitabxanasında işləyir və kiçik Təhmasibə rəssamlıqtəlimi verirdi. Qazi Əhmədin başqa bir qeydindən məlum olur ki, Behzadın"Sultan Hüseyn Mirzənin dövründən başlanan fəaliyyəti Təhmasibin hakimiyyətininilk günlərinə qədər davam etmişdir".

Qazi Əhməd yazır ki,"1007-ci ildə (1605-ci il) dövrün xəttat və alimlərindən Mir Sədrəddin paxıllıqhissi ilə ona iftira atmış, onu Məşhəddə vəzir olarkən şahın kitabxanasındankitab oğurlamaqla təqsirləndirmiş və beləliklə bu görkəmli şəxsiyyəti şahıngözündən salmışdır. Bu ağır böhtandan sonra Qazi Əhməd vəzifədən çıxarılır,sarayı tərk edərək Quma qayıdır Vəzifəsini və şöhrətini itirən Qazi Əhməd vətənitərk edərək Hindistana getmişdir.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 25, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

NadideWhere stories live. Discover now