Azərbaycanım...

34 9 3
                                        

AZƏRBAYCANIM... VƏTƏNİM,
EVİM, ANAM, RUHUM, YURDUM...
Üstü qızıl, altı Şəhid qanlı TORPAĞIM mənim...

O Torpağım ki, güc verir biz gənclərə irəliləməyə,
O Yurdum ki, gah xəritə,gah kompasdır hər daim bizə,
O Ruhum ki, nə sənsən, nə də mən,
Yalnız biz desək var olar hər bir nəfəsdə...

Bir 3 rəngli bayrağım var ki mənim,
Baxdiqca parıldayan gözümdəki
İşığın səbəbini
Anlatamam kimsəyə...
Mavisi deyir, Türkəm mən.
Mən, sən, keçmişin, özlüyün, qanın, qan qardaşın...
Qırmızısı deyir, Mədəniyyətəm mən.
Məndədir sənin muğamın, operan, baletin, kitabın...
Yaşılısa deyir, İslamam mən.
Mənəm haqqın, vicdanın, qəlbin, insanlığın...
Üstündəki Aypara və Ulduzum fısıldayır qulağıma bəzən:
Mənəm bu yolda gah işığın, gah da mayakın...

Bir dilim var ki mənim,
Danışdıqca qəlbimdəki sevinci Anlatamam kimsəyə...
Türk dilim, Azərbaycan dilim, Öz dilim mənim...
Hər sözü bir çiçəkdir sanki yazda açan,
Hər səsi bir bülbüldür sanki o çiçəyə aşiq olan...

Bir paytaxtım var ki mənim,
Xəzərinin səsindəki həzin musiqini
Duya bildiyimi
Anlatamam kimsəyə...
O paytaxt ki, Qız Qalası mənimdir,
Xəzəri isə sənin...

Bir Gəncəm var ki mənim,
Nizami qələminin
Millətimin qanından gəldiyini
Anlatamam kimsəyə...
O Gəncə ki,
Maralgölün mənzərəsidir nağıllar diyarın...

Bir Şəkim var ki mənim,
Xan çinarının
Millətimin əzəməti olduğunu
Anlatamam kimsəyə...
O Şəki ki, ipəyi gəzmişdir
Uzaq karvan yollarında dünyanın…

Bir Qubam var ki mənim,
Məzarlığında yatanların
Soyqırımdan olduğunu
Anlatamam kimsəyə...
O Quba ki, Xınalığına gedən yolun
Keşməkeşli tarix yoluna bənzəyir sənin...

Bir Şamaxım var ki mənim,
Zəlzələdə xalqımın başına gələnləri,
Keçmişini anlatamam kimsəyə...
O Şamaxı ki, cəhalətə
Satira ilə cavab verənindir sənin...

Bir Naxçıvanım var ki mənim,
Azərbaycandan ayırmaq istədiklərini
Anlatamam kimsəyə...
O Naxçıvan ki,
İblisinə qalib gəlib millətimin...

Bir Lənkəranım var ki mənim,
Qardaşları ayırdılar bir imzayla
Anlatamam kimsəyə...
O Lənkaran ki,
Qəbri belə
Bilinməyir Sonasının...

Bir Xocalım var ki mənim,
Ağladıq, çağırdıq, duymadılar;
O zülmü anlatamam kimsəyə...
O Xocalı ki,
Hələ də görcək gözümüz dolur adın....

Bir Kəlbəcərim var ki mənim,
Yağı düşmən 30 il işğal etdi;
Acımı anlatamam kimsəyə...
O Kəlbəcər ki,
Qızıldır altı-üstü torpağın...

Bir Şuşam var ki mənim,
Sahibinə həsrət olduğunu
Anlatamam kimsəyə...
O Şuşa ki,
Hər zarrəsi muğamın...

Bir sərhəddim var ki mənim,
Hər qarış torpağında özümü tapdığımı
Anlatamam kimsəyə...
O özüm ki,
Şəhidimin əmanəti var çiynimdə.
O əmanət ki,
Rəmzidir azadlığımın...

Mən - VƏTƏN QIZI - XƏDİCƏ
And verirəm,
Əmanətiniz güvəndədir, bizlədir
Və nə qədər ki,
Bu millətin gənci var və var olacaq,
Azərbaycanı bizdən alan olmayacaq...

Anlatamam Kimsəyə...Wo Geschichten leben. Entdecke jetzt