30 YOLO! 2

75 9 3
                                    

-Yox, yox, olmaz! Leyla, olmaz ee. Artıq o yaşın... Əkrəm, dinc dur! O yaşın deyil. Həm ailən nə deyər? Ay qız, Fatimə, bura gəl! Hər şey cəhənnəmə... Asif, Vasif, ayağa dursam pis olacaq! Hə, nə deyirdim? Hər şey cəhənnəmə, camaat nə deyər?
Sən sus Aygün, uşaqların kafeni dağıdır Aygün, "ailəm" dediyin çinqaçuk sürüsüdü Aygün, o camaat "anaları burda olmasaydı nə şapatdıyardım bu uşaqları" deyir Aygün! Ondan əlimi üzüb ən məsum baxışımla Jaləyə baxdım. O da mesajı başa düşüb özünü irəli verdi, səsini alçaldıb həyacanla danışmağa başladı:
- Sən belə et, bir gün onu evinə çağır... Yox, bu alınmaz, anangillə yaşayırsan. Hə, onu tanıdığınız bir neçə adamla bərabər içki məclisinə çağır. Amma elə et ki, içkiləri sən seçəsən. Öşonü ən ağırlarındam süzüb, özün yavaş-yavaş yüngül kokteylərdən birini qurtumlayarsan. Sonra elə ki, gördün...

Kəs səsini, Jalə, ona təcavüz etməyi planlamıram Jalə, artıq səni dinləmirəm Jalə! İnsan 30 yaşına çatanda ətrafındakıların məsləhətlərini daha diqqətlə dinləyir. Ona görə yox ki, bu məsləhətlərə ehtiyacı var- onsuz da 30 yaşında bir çox şeyi özün anlayırsan. Ona görə ki, görsün, öz düşündüyündən başqa yol varmı. Eh, mənimki kimi rəfiqələrin olanda bu yollar monastrda rahibə olmaq və cinsi istismardan həbsxanalarda çürüməkdən ibarətdir. Bur dəqiqə, bir dəqiqə! Axı mənim başqa bir rəfiqəm də var! Stolun digər başında oturub bayaqdan sakitcə nəsə toxuduğu üçün görünməz olan Lətafət! Zarafatsız, onu nə vaxt dəvət etmişdim?! Nəysə, əsas odur ki, Jalənin artıq Aygünün uşaqlarının qulaqlarını tutmasına səbəb olan danışığını kəsib dedim:
- Lətafət, bəs sən düşünürsən?
Ən birinci millər dayandı, sonra böyük ehtimalla son 15 ildir dəyişməyən eyni formalı saçı olan baş tərpəndi. Aha, deyəsən danışmaq istəyir, yox, milin biri yenə hərəkət etdi və bir ilgək atdı, sonra yenə tərəddüdlə dayandı...yenə baş hərəkəti, əllər, yaxınlaşan əlverişli vəziyyət vəəə!
- Görəsən, Dilrubanın qəfəsini bağlamışdım?

Dilruba onun 7-ci,ya da 11-ci iguanasıdır, ki ZƏRRƏ VECİMƏ DEYİL! Qərar verildi, bu 30 illik həyatımda heç normal bir rəfiqə tapa bilməmişəmsə, eşq-meşq mənə lazım deyil! Uzaqbaşı mən də 3-4 anakonda bəsləyib hər məni görəndə "hmm, hələ getmirsənki?" deyən qonşu xaların adlarını verərəm onlara. Elə bu fikirlə qızlardan ayrılıb yaxınlıqdakı iş yerinə qayıtdım. Günorta fasiləsi bitmişdi. O yenə hamıdan tez gəlib, ad günündə pultlu maşın almış uşaqlar kimi gülümsəyə-gülümsəyə ətrafda dolanır. Düzdü, mənə heç vaxt pultlu maşın alınmayıb , hətta 5-ci ad günümdən bəri alınan "cehizlik" qablarla "Leyla Chrystal - 30 ildir sizlərlə" adlı billur mağazası açmaq olar, amma əminəm ki, qohumlarımdan biri insafa gəlib mənə maşın alsaydı belə onu indi gülümsədiyi kimi gülümsəyə bilməzdim. Gənclik qayğısızlığı ilə elə şən-şən, inşallah ayaqları metro qapısında qalacaq katibə qızlarla söhbət edir ki. Hələ aşağı mərtəbədə işləməsinə baxmayaraq, sırf ölkənin Sahara səhrasında yerləşdiyini xatırlatmaq üçün bu mərtəbəyə su içməyə gələn Aysellə pıçıldaşmaları...
Qısqanmaq? Bəlkə də. Amma hələ 1 həftədir tanıdığım, sadəcə ilk görüşdən tutulduğum birini nə sevdim ki, nə də qısqanım? Artıq mənim "ildırım eşqi" olan yaşım deyil... Hə, elə məsələ də budur: mənim o yaşım deyil. Artıq 20 yaşlı qızlar kimi göz süzdürə, sözləri uzada-uzada danışa bilmərəm, ya da sinəmi qabağa verməyi, saçımla işvə ilə oynamağı bacarmaram... Qəbullanmalıyam, mənim 30 yaşım var. Baxışmalı, adi sözdən qızarmalı, həyəcandan özünü itirməli eşqlər mənlik deyil. Özüm yaşındakı, ya da daha böyük biri ilə ağır, mədəni münasibət mənə daha çox uyğundu, nəinki şirin 24 yaşlı uşaq...
Uzun fəlsəfi düşüncələrimin axırına çatanda bir şey hiss elədim- mən bayaqdan gözlərimi kiməsə dikirəm! İş yerimdə, vəzifəyə keçməyimdən həftə keçməmiş, yanağına qoz-fındıq doldurmuş sincab kimi məsum-məsum kiməsə baxıram! Və təbii ki, 30 illik həyatımda məni bir an olsun yalnız buraxmayan lənətə gəlmiş bəxtim... Bu ondan başqa kim ola bilər ki! Gözlərimi qaçıra bilərdim, əgər dünyanın ən gözəl mənzərəsini görməsəydim... Mənə dikilmiş qəhvəyi gözlər kiçildi, yanaqlar dartınıb almacıq sümüklərini göstərdi və nazik dodaqların bir ucu qıvrıldı - o, gülümsədi.
Əlbəttə ki, 30 yaşlı yetkin qadın olduğum üçün nə utandım, nə qızardım, nə də həyəcanlandım... Bunun əvəzinə hər yetkin, ağlı başında adamın eləyəcəyini etdim - başımı stolun altına soxdum. Həqiqətən. Əlbəttə, yer yarılmağa tənəzzül etsəydi, manyak deyiləm ha başımı masanın altına soxum?.
Hə, 30 yaşında 24 yaşlı oğlana aşiq olan evdə qalmış qızın dramına xoş gəldiniz! Verilişimiz masanın altından canlı yayımlanır!

To już koniec opublikowanych części.

⏰ Ostatnio Aktualizowane: Jul 16, 2016 ⏰

Dodaj to dzieło do Biblioteki, aby dostawać powiadomienia o nowych częściach!

30 YOLOOpowieści tętniące życiem. Odkryj je teraz