Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar...
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm...
Bu misraların müəllifi dahi Azərbaycan şairi, dramaturqu Vaqif Səmədoğludur. Gəlin onu daha yaxından tanıyaq.
Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır.
"Sevgilim, mən öləndə..."Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?Ağla, qurbanım, ağla,
Ağla, heyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü nahaq yerə…Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994).
Yollar uzun, yollar gödək
Nə fərqi var hansı eldə,
Hansı yolda azasan?
Ellər min-min, dillər min-min,
Nə fərqi var... hansı eldə,
... Hansı dildə susasan?
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Ömür sənə yaraşır,
Mənə ölüm də bəsdi.
Allah, keç günahımdan
Qospodi, prosti.Sərxoş heç, ayıq gün də
Ən pis şeirdən pisdi.
Allah, keç günahımdan
Qospodi, prosti.Bütün dinlər soyuqdu,
Təkcə əllərin isti.
Allah, keç günahımdan
Qospodi, prosti.~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi…Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa…Görkəmli şair həm də bəzi unudulmaz filmlərin ssenari müəllifidir. Onun əsərləri əsasında çəkilən filmlərdən bəzilərini tanıyaq:
1) Bəxt üzüyü (1- 1991; 2- 2018)
2) Yaşıl eynəkli adam (1- 1987; 2- 1999; 3- 2002)
3) Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996)
4) Evləri köndələn yar (1982; 2010)
5) Cin mikrorayonda (1985)
6) Gün keçdi (1971)
7) Yumurta (2003) və.s.Vaqif Səmədoğlu həm də istedadlı söz yazarı idi. Bir çox mahnıların müəllifidir. Mübariz Tağıyevin ifasında eşitdiyimiz "Bir sabah" mahnısının sözləri də Vaqif Səmədoğlu'na məxsusdur...
