Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992-2020) işləyib. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir."Mən də dəyişkənəm havalar kimi"
Sən mənim ömrümün həyəcanısan,
bir batan gəmidən gələn SOS kimi.
Yuxusuz gecəmin lap əvvəlində
çəkdiyim sonuncu papiros kimi.Sən mənim dərdimə dərman deyilsən,
Sən mənim dərdimi ovutduransan.
Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.Sən susuz səhraya çilənən yağış,
qaranlıq gecədə yanan çıraqsan.
Qar basmış bir çöldə yolunu azmış
yolçunun rastına çıxan ocaqsan.Kor olan deyiləm sənin tüstünə,
yenə öz yolumu mən gedəcəyəm.
Hələlik bir azca tutub üstünə
donmuş əllərimi isidəcəyəm.Nə yaxşı, rastıma çıxdı bu ocaq,
bu donmuş əllərim qızındı bir az.
Heyif, bu ocağın istisi ancaq
donmuş ürəyimin buzuna çatmaz.Yox, ocaq neyləsin?.. Onda günah yox.
Günahkar varsa da, mənəm... ocaq yox.Öz alov dilini uzadıb necə
üzümü-gözümü yalayır yazıq.
Bu ocaq sonuncu kösövünəcən,
mənimçün yanmağa hazırdı, hazır.Burda həmişəlik qalsaydım əgər,
Özümə ev-eşik qursaydım əgər,
Sən də bu ocağın keşik çəkəni,
Evimin xanımı olsaydın əgər, -
Lap səni sevsəm də, sevməsəm də mən,
burda yaşamağa nə vardı onda.
Bir az dincələrdim özüm-özümdən,
bir rahat həyatım olardı onda.Amma “rahat həyat” mənlik deyil ki,
mən də dəyişkənəm havalar kimi.
Odur ki, ayrılaq, sağ-salamat qal.
Yolumdan saxlama -
məni yola sal.
Bəlkə də hardasa bir təzə sevgi
çıxacaq rastıma
canavar kimi!.."Səni harda itirdim?"
Bilmirəm mən səni
haçan, harda itirdim?
Yağış yudu,
yoxsa ki, külək apardı səni?
Bu sevgi nağılını
mən biryolluq bitirdim,
Axtarmıram –
axtarsam, yəqin, tapardım səni.
Dünyada bircə qorxum
səni itirmək idi,
Sən yoxsan –
bu dünyada daha mənə qorxu yox.
Amma sənsiz elə bil
hər şey şikəstdi indi;
