Görkəmli şairimiz M.Ə.Sabir 1862-ci il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Həmin dövrdə burada islam dininə etiqad çox güclü idi. Onun babası Hacı Tahir də dindar və cəmiyyətdə özünə görə mövqeyi olan bir adam idi. Ələkbər Sabirin anası Səltənət xanım da əsl mömin müsəlman övladı idi. Onların izdivacından olan yeddi qız, iki oğlan uşağından ikincisi gələcəyin qüdrətli qələm sahibi olacaq Ələkbər Sabir idi.
Valideynləri Ələkbəri də ruhani görmək istəyirdilər. Bu ümidlə atası onu səkkiz yaşında mollaxanaya qoymuşdu. Gələcək şairin ilk bədii yaradıcılıq «addımı» da bu zamandan başlayır.
12 yaşında ikən məşhur maarifpərvər şair Seyid Əzimin yeni üsulda açdığı məktəbə keçməsi Ələkbərin mənəvi inkişafına çox kömək etmişdi. Məktəb yoldaşı H.Mahmudbəyov sonralar o günləri xatırlayaraq yazırdı ki, «bütün yoldaşlarından yaşca kiçik, bədəncə qayət zəif olan Sabir dinc, sakit və olduqca zəki və cəld idi».
"Bizə nə?"
Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!Biz məgər aclara vəqf eyləmişik malımızı,
Та ki, hər müstəhəqə bəzl edək əmvalımızı?
Biz müraat edərik ancaq öz əhvalımızı,
Daima bəsləyərik naz ilə ətfalımızı.
Atasız tiflləri basdı boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!Bu da sözdürmü, qazandıqlarımız parələri
Hey verək boğmalasın Zəngəzur avarələri?
Bizlərə dəxli nədir -- yoxdur əgər çarələri?
Qoy ağarsın füqəra gözlərinin qarələri!
Çəksin onlar gecə-gündüz nigəranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!Boşla, ay Molla dayı, sən də bizi çəkmə zora!
Biz sənin hiylən ilə düşmərik əsla bu tora!
Baxmarıq guşeyi-çeşm ilə daha Zəngəzura!
Qarlı dağlarda soyuqdan ölənin canı gora!
Olmadı qismət о bədbəxtə aranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!Bizə göstərmə, əzizim, о qəm oylaqlarını,
Yazda çox gəzmişik al güllər açan dağlarını,
Yığmışıq dəhyekini, boşlamışıq bağlarını,
Qış üçün xoşlamışıq Tiflis oyuncaqlarını....
Çulğayıb Zəngəzuru indi boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!Hələlik tullamışıq xaneyi-viranələri,
Dolanıb kişvəri-Tiflisdə kaşanələri
Tapdıq axır Lizalar tək neçə cananələri,
Çilçıraqlarla işıqlandırırıq xanələri,
Zalxalar daxmasına çökdü qaranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!Müəlliminin Ələkbərə fars dilindən şeirlər tərcümə etdirməsi və bu tərcümələri oxuyub məsləhətlər verməsi onun yaradıcılıq həvəsini qüvvətləndirir, şairlik istedadını artırırdı. Məktəbli gəncin ilk məlum tərcüməsi də Sədinin «Gülüstan»ından «Didəm güli-tazə çənd dəstə» misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır.
Getdikcə Seyid Əzimlə Ələkbər Sabir arasındakı müəllim-şagird münasibətləri ədəbi dostluğa çevrilməyə başlayır. Gənc həmkarının hər hansı uğuru müəllimini sevindirdiyi üçün Seyid Əzim ona bəzən minnətdarlıq əlaməti olaraq hədiyyə də verirdi. Belə hədiyyələrdən biri N.Gəncəvinin «Xəmsə»si idi.
"Ölüb əəə!"
Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!
Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!
