"Könlüm keçir Qarabağdan..."

683 13 16
                                    

   "Şeiristan" bu gün görkəmli şairimiz Səməd Vurğun'un həyat və yaradıcılığından bəhs edəcək. Keyifli oxumalar!

  Görkəmli Azərbaycan şairi Səməd Yusif oğlu Vəkilov 1906-ci il martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir və məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. Şairin ilk şeiri "Cavanlara xitab” 1924-cü ildə Tiflisdə çap olunan "Yeni fikir” qəzetində çap olunmuşdur.

           "Cavanlara xitab"

Mənim düşkün könlüm sizdən eləyir
Bu fərz olan təmənnanı, cavanlar.
Unutmayın bəşər sizdən diləyır,
Elm, ədəb, həm irfani, cavanlar.

Bəşər gülşəninin bülbülüsünüz,
Şanlı firqəmizin sağ əlisiniz,
Zalım əllilərin cəlladısınız,
Dəvasızların dərmanı, cavanlar.

Çarəsiz dərdlərə çarə etməyə,
Quşu vurub həm imdada yetməyə,
Həyatı ağ, nə ki qarə etməyə
Sərf ediniz hər zamanı, cavanlar.

Yaşayarsa bəşər, yaşar sizinlə,
Soğulmuş çeşmələr axar sizinlə,
Zalımlar geridən baxar, sizinlə
İnqilabın qəhrəmanı, cavanlar.

Çünki tələb edir zavallı bəşər,
Gərək keçə sizdən ona bir əsər.
Yoxsa qan ağlayar yenə sərbəsər,
Olmaz da dərdinə çarə, cavanlar.

İstəsəniz, ölkəmiz, abad olar,
Ellərin məhbusları azad olar,
Onda da Vurğunun könlü şad olar,
Verər sizə can qurbanı, cavanlar.

   1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. O, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi. Seminariyada o, ilk şeirlərini qələmə alır. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür.

                 "Dünya"

Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa, dünya.

Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.

Ellərə baxıram bağçalı, bağlı,
Göylərə baxıram qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.

Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.

Əzəldən belədir, çünki kainat,
Cahan daimidir, ömur amanat,
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa dünya!

   1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində onun yazdığı siyasi məzmunlu və lirik şeirlər 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır.

"Şeiristan"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin