"Mən səni doyunca sevə bilmədim"
Məqamı yetişdi axırki çatdı
Ayrılıq bizləri qabağna qatdı
Sevgimiz bükülüb bir küncdə yatdı
Mən səni doyunca sevə bilmədim.Toxunmaq qismətim olmadı mənim
Başımın üstündən çəkilmir çənim
Həsrət ruhumu qocaltdı mənim
Mən səni doyunca sevə bilmədimXəyallar içində xumarlanıram
Bilmirəm kiminçün tumarlanıram
Həsrət dərəsindən yumarlanıram
Mən səni doyunca sevə bilmədim.Çəkdiyim əzabın mənası yoxdur
Bəlkədə kiminçün mənası çoxdur
Başqa gözəllərə gözlərim toxdur
Mən səni doyunca sevə bilmədim.Qulaq as bu yazıq ürəy səsinə
bənzəyir Şopenin bir bəstəsinə
Çevirdin sən məni eşq xəstsinə
Mən səni doyunca sevə bilmədim

ŞİMDİ OKUDUĞUN
"Qəlbdən Doğan Günəş"
Mystery / ThrillerKitab : Şeirlə toplusu Adı: "Qəlbdən doğan Günəş" Müəllif: @ElvirOnur Sitat: Bir ürəyin əzabından bəhs edər Bir sevgini öz üstündə əks edər, Uşaq kimi qığıldanıb səs edər Körpə kimi bir Şairin şeiri.