Vaxtı gəlibdir
Əlini buraxıb gedəndən bəri
Bu yazıq ürəyimə Payız gəlibdir
Sənlə unutmuşdum mən dərdi səri
İndi ürəyimi həsrət dəlibdir.Axı sevməyəcəkdin niyə gəlirdin
Niyə ürəyimlə oynadın niyə
Sənsiz öləcəyimi səndə bilirdin
İndi ölümümün vaxtı gəlibdirBu sevgi ocağı indi sönübdür
Közərən hislərim külə dönübdür
Sən getdin gedəndən Elvir ölübdür
Səni unutmağın vaxtı gəlibdirAyrılıq məqamı yaşamamışdım
Elə hey sevgiylə böyümüşəm mən
Qəm kədər heç zaman yaşamamışdım
Ağlamaq sızlamaq vaxtı gəlibdir.Küləyim saçını dalğalatmamış
Göz yaşım yanağını islatmamış
Səninlə bir yataqda mən yatmamış
Ayrılıq fəslinin vaxtı gəlibdirMüəllif : Elvir Onur

ŞİMDİ OKUDUĞUN
"Qəlbdən Doğan Günəş"
Mystery / ThrillerKitab : Şeirlə toplusu Adı: "Qəlbdən doğan Günəş" Müəllif: @ElvirOnur Sitat: Bir ürəyin əzabından bəhs edər Bir sevgini öz üstündə əks edər, Uşaq kimi qığıldanıb səs edər Körpə kimi bir Şairin şeiri.