Eşq odunda yandırdılar məni, səni ilk dəfə görəndə,
Kirpiklərin ox, qaşların kaman oldu vurdu ürəyimdən məni.
Ürəyimdən dedim: Ay Allah bu nə gözəllikdi yaratmısan özənə-bözənə,
Vuruldum elə həmin gün o gözəlin bir baxışana bir gülüşünə.
Həmin an dünya dayandı.
Ürəyim sürətini artırdı.
Addım belə ata bilmədim, gedə bilmədim yanına. Qorxdum.
O bir saniyə baxdı və getdi.
Mən isə saatlarca baxdım amma gedə bilmədim.
Dedim bu bir yuxudu ola bilməz bir gərçək.
Sevə bilmərəm bir gözəlin baxışını Məcnun tək.
Gözlərimi yumdum ki unudum o gözləri
Bu hiss ürəyimin qapısına gəlib getsin
Öz-özümə dedim: Unut onu, ona aşıq ola bilməzsən!.
Amma faydasız oldu nə qədər yox dedim...
Hər yox deyişimdə daha çox sevdim onu
İndi bildim sevmək mənim qismətimdi...
Yeni şeirimmm. Necədir?. bunun Türkcəsini atım?
